Kintana: "... komandamda funksiyam dəyişib" - MÜSAHİBƏ

14.01.2017 | 4201 dəfə oxunub

"Qarabağ"ın futbolçusu Dani Kintana klubun rəsmi saytına müsahibə verib:

- Təlim-məşq toplanışını necə dəyərləndirərdin?

- Hələ mövsümün başa çatmasına 3 ay var, biz də indi hazırlaşırıq ki, gələcək 3 ay üçün əlimizən gələni edək və yaxşı nəticə əldə edək. Düzdür, fiziki hazırlıqlar çox və yorucu olur. Ancaq qızıl medalları qazanmaq istəyiriksə, bunu etməliyik.

- Qış fasiləsinə ikinci pillədə qərarlaşan "Qəbələ"dən cəmi 1 xal öndə yollandıq. Bu, futbolçularda təzyiq yaratmır?

- 1 xallıq fərq bizim üzərimizdə təzyiq yaratmır. Əsas məqsədimiz ardıcıl dördüncü dəfə çempion olmaqdır. Amma "Qəbələ"nin də çempionluq yarışında olması bizim üçün əlavə motivasiyadır.

- Ötən mövsüm daha çox qol vuran Kintana bu mövsüm məhsuldar ötürmələrlə yadda qalır. Komandada vəzifən dəyişməyib?

- Deməzdim ki, komandamda funksiyam dəyişib. Bu mövsüm bir neçə oyun meydanda olmadım, ona görə qol sayım az oldu. Çalışacam ki, mövsümün qalan hissəsində qol sayını artırım.

- Rəqib futbolçular oyunlarda səni xüsusi olaraq diqqət ayırırlar və bunun nəticəsi kimi, sənə çox kobudluqlar olur..

- Əgər rəqib komandanın futbolçuları fikirləşirsə, ancaq məni saxlasalar, komandamızın qarşısını alarlar, bu rəqibin əleyhinə, bizimsə leyhimizə olan bir şeydir. Çünki komandamızda yetəri qədər təhlükəli futbolçular var. Belə olduqda, digər futbolçularımız isə istədiklərini edir. Oyunlarda tez-tez mənə qarşı daha kobud oynayırlar, bu da hakimlərin işini çətinləşdirir. Son oyunda da bu hal istisna olmadı, ayağıma açıq zərbə aldım və tək istəyim həkimlərin meydana daxil olub tibbi müayinə göstərməsiydi. Həmin epizodda da sarı vərəqəylə cəzalandım, buna görə təəssüfləndim.

- Avropa Liqasında yarımmüdafiəçilər arasında ikili mübarizəda 15 cəhdlə ən çox qalib gələn ikinci futbolçu oldun. Bu barədə təəssüratların necədir?

- Belə bir statistika xoşdur, amma komandam əgər mərhələ adlaya bilmədisə, mənim üçün faydasızdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail