Güloğlan Cabbarov: "Bir tək bizi yaradanın qarşısında zəifik" - MÜSAHİBƏ

14.01.2017 | 11909 dəfə oxunub

Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, Cüdo Veteranlar Şurasının Sədri Güloğlan Cabbarovun Goal.az saytına müsahibəsi:

- Ötən il sizin üçün hansı hadisələrlə yadda qaldı?

- Ötən il çox uğurlu il oldu. Belə ki, həm həvəskar sahədə həm də peşəkar sahədə çox gözəl nəticələr əldə etdik. Wako Kikboksinq üzrə Dünya birinciliyindən komandamız, Gənclər və yeniyetmələrdə 2 qızıl, 2 gümüş, 3 bürünc medalla qayıtdı. Kişilər arasında Dünya çempionatından isə 1 qızıl, 2 gümüş, 3 bürünc medal qazandıq . Bundan başqa, Peşəkar kiqboksda Ramal Aslanov,  Zöhrab Əzimov, Pərviz Abdullayev uğurla çıxış edərək  Azərbaycan Kikboksunu dünyaya tanıtdırdılar . Bəhrəm Rəcəbzadə dünya kəmərinin qalibi oldu. Ən böyük yadda qalan hadisələrdən biri mənim Cüdo Veteranlar Şurasının Sədri seçilməyim idi . Bu istiqamətdə də Veteranların Avropa Çempionatından 4 qızıl, 2 gümüş, 3 bürünc medal qazandıq. Amerikanın Mayami şəhərində keçirilən Dünya çempionatından isə 2 qızıl, 1 gümüş, 2 bürünc medalla qayıtdıq. Bir də yadda qalan hadisələrdən  İdman Nazirimiz Azad Rəhimov tərəfindən idmanda göstərdiyim xidmətlərə görə mükafatlandırıldım, bir daha təşəkkur edirəm.

- Universitetin hüquq fakultəsinə daxil olanda idman sahəsində bu qədər uğur qazanacağınızı təsəvvür edirdiniz?

- Mən Bakı Dövlət Universitetinin Hüquq Fakultəsində oxuyanda, həm də Azərbaycan Çempionatında və Beynəlxalq turnirlərdə iştirak edirdim. Bu dövrlərdə həm yığma komandanın üzvü, həm də bir sıra  Beynəlxalq turnirlərin qalibi və Dünya çempionatının mükafatçısı idim.  Düzünü desəm, bilməzdim ki , nə vaxtsa bu Fedarasiyanın Vitse-prezidenti,  Respublika ve beynəlxalq turnirlərin baş hakimi olacağam . Öz ixtisasım üzrə bir yerlərdə olacağımı güman edirdim. 

- Müxtəlif idman növləri üzrə çempionluq qazanmısınız. Hansı növ sizə daha yaxın idi?

- Ən çox sevdiyim növ məhz Kikboksinq olub . Digər növlərdə uğur qazansam da, bu növ mənə daha yaxın olub. Eyni zamanda bildiyiniz kimi Kanfu-Sanda üzrə dünya çempionu, boksda Resbublika ikincisi, beynəlxalq turnirlerin qalibi olmuşam. Futbolda isə “Neftçi” klubu ilə 3 dəfə Azərbaycan çempionu, iki dəfə Azərbaycan Kubokunun sahibi və ilk dəfə olaraq avroliqaya vəsiqə qazanmişiq. Amma yenə də öz idman növümü cox sevirəm. 

- “Həyatda canavar kimi olmalısan. Zəif düşsən parçalayarlar “ – deyirlər.  Zəif düşdüyünüz olub?

- Zəif düşməyi və zəif olmağı sevmirəm. Dostlarıma da hər zaman güclü, qalib ruhda olmağı, heç vaxt zəif düşməməyi arzu edirəm. Allaha şükürlər olsun. Bir tək bizi yaradanın qarşısında zəifik. 

- “Kikboksda müəllim olsan yaxşı olardı, yoxsa vitse-prezident yaxşıdır” – sualına müəllim deyə cavab vermişdiniz. Bəlkə gec deyil özünüzü sınamaq?

- Mənim üçün hər iki vəzifə münasibdir, çünki hər iki vəzifə Federasiyamıza xidmət etmək üçündür. Düşünürəm ki, məşqçi olsaydım heç də tutduğum vəzifədən az nəticə verməzdim. Çünki mən heç vaxt nəticələrə və uğurlara doymuram, daha böyük uğurlar qazanmaq istəyirəm .

- Kikboksinq Federasiyasının Prezidenti Adil Əliyevə dəstək üçün paylaşımlar etmişdiniz. Nə baş vermişdi?

- Hörmətli Millət vəkilimiz ve Kikboksinq Federasiyasının Prezidenti Adil Aliyevə qarşı aparılan çirkin kompaniyaya seyirçi qala bilməzdim. İllərdir dəyərli qardaşımızla çiyin-çiyinə çalışırıq, onun nə qədər vətənpərvər, dövlətini, millətini sevən, idmana və idmançılarımıza qarşı nə qədər, diqqət və qayğı göstərən insan olduğunu çox yaxşı bilirəm. Bunu ətrafında olan insanlar da yaxşı bilirlər. Belə kompaniya aparan insanların, xaricdən  və bəzi müxalif insanların qərəzli şəkildə etdiklərini düşündüm. Buna görə də həm feysbuk səhifəmdə status yazaraq, həm də Adil Əliyevlə şəklimi paylaşaraq çox sərt şəkildə etirazımı bildirdim. 

- Bakıda keçirilən cüdo seminarında yeniliklərlə bağlı müzakirələr oldu. Tətbiq olunması planlaşdırılan yeniliklər barədə məlumat verərdiniz.

- Bakıda keçirilən Cüdo seminarında yeni fəndlər və cərimələr məşqçilərin,  hakimlərin Federasiya rəsmilərinin diqqətinə çatdırıldı. Bundan sonra kişi və qadınların görüşləri 5 yox, 4 dəqiqə davam edəcək. Yarışın 4 dəqiqəsində hansısa idmançı texniki fənd göstərməsə, qalib cərimə xallarına əsasən müəyyənləşməyəcək və görüş qızıl xala doğru gedəcək. Bu zaman ilk texniki fəndi edən idmançı qalib gələcək. 3 cərimə xalı olan idmançı da məğlub sayılacaq. Yuko fəndi tamamilə ləğv olunub. Yukoya da vaza-ariyə vaza-ari xalı veriləcək. Əvvəl iki vaza-arı ippona bərabər idisə, indi həmin fəndlərin sayı məhdudlaşdırılmayacaq. Üstəlik, cərimə xallarının sayı 4 yox, 3 olacaq. Artıq 3 cərimə alan idmançı məğlub sayılacaq. Ayaqdan hücum və ya müdafiə qaydalarında da dəyişiklik edilib. Əvvəllər bu, birbaşa məğlubiyyət idisə, indi ilk ayaqdan tutmağa şido, ikinci dəfədə isə məğlubiyyət verilir. İdmançıları, yeniyetmələri fəqərə zədəsindən, onurğa fəsadlarından qorumaq üçün də dəyişiklik edilib. Artıq başın yerə dəyməsinə ippon yox, hansuki veriləcək. 

- Yeni təqvim ili başlayıb. Gözləntiləriniz nədir?

- 2017-ci il təzə başlayıb. Bu il əvvəlki illərdən daha çox gözləntilərim var, istər şəxsi həyatda istərsə də idmanda bir cox işlərim var. Onları uğurlu şəkildə həyata keçirmək istəyirəm.

- Qarşıda hansı turnirlərin keçirilməsi planlaşdırılır?

- Fevralın 2-5-i arası Gənclər, Kişilər və qızlar arasında Respublika cempionatı keçiriləcək. Mart ayında Azərbaycan Yığma komandası peşəkarlar arasında Dünya yığmasına qarşı vuruşacaq . Respublika daxili bir çox beynəlxalq və peşəkar tunirlərimiz var . Qarşıda Gənclər və yeniyetmələrin Dünya kuboku və Avropa Çempionatı, Kişilər arasında ən güclülərin Dünya kuboku və kişilər arasında dünya çempionatı var. Bundan əlavə, bir çox Peşəkar kikboksçularımızın peşəkar turnirlərdə iştirakı gözlənilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail