Julian Ebah: "Hərdən dolma yeməyə çalışıram" - MÜSAHİBƏ

27.01.2017 | 4461 dəfə oxunub

"Kəpəz"in hücumçusu Julien Ebahın saytına müsahibəsini təqdim edirik:

- "Kəpəz"in Bakı toplanışı necə keçdi?

- Hər şey normaldır. Həmişəki işimizlə məşğul olduq. Çempionatın 3-cü dövrəsinə hazırlaşmaq üçün kifayət qədər vaxtımız oldu. Qarşıda bizi çətin oyunlar gözləyir.

- Premyer Liqada ən güclü rəqib kimi hesab edirsən?

- Hər komandanın özünə görə gücü var. Buna görə oyunlara ciddi motivasiyada çıxmalıyıq. "Qarabağ" və "Qəbələ" çempionatın favoritləridir. Buna baxmayaraq hər oyuna çıxıb işimizi görməliyik.

- "Kəpəz"in azarkeşləri barədə nə deyə bilərsən?

- Azarkeşlərimiz bizi həmişə dəstəkləyir. Onları sevindirməyə çalışacağıq.

- Komanda ötən mövsüm Avroliqada oynamışdı. Yenə Avrokuboklarda oynamağa ümid edirsən?

- Avropa turnirində oynamaq istənilən futbolçunun arzusudur. Əlimizdən gələni edəcəyik ki, Avroliqanın təsnifat mərhələsinə vəsiqə qazanaq.

- Hansı komanda yoldaşınla münasibətlərin daha yaxındır?

- Bütün futbolçularla yaxşı münasibət saxlayıram. Eyni məqsədə xidmət edirik, heç kimlə problemim yoxdur. İrəli getmək üçün birlik olmalıdır. Ən yaxın dostum isə Tadas Simaitisdir.

- Boş vaxtlarında nə edirsən?

- Bəzən sadəcə evdə qalıb istirahət edirəm. Bəzən də asudə vaxtlarda restoranlara və alış-verişə gedirəm.

- Azərbaycan mətbəxinin hansı nümunələrini bəyənirsən?

- Hərdən dolma yeməyə çalışıram. Bilirsiniz, futbolçunun daha çox proteinə ehtiyacı var. Rasionumda ət yeməklərinə üstünlük verirəm.

- Bu dəfəki "Qızıl top" mükafatında seçim ədalətli idi?

- Mən özüm Messini dəstəkləyirəm. Amma Ronaldo mükafata daha layiq idi. Çünki ötən il bir sıra titullar qazandı. 2016-cı il Ronaldonun ili oldu. Hər şey ədalətli idi.

- Bu mövsüm hansı klub daha güclü təsir bağışlayır?

- "Çelsi"ni qeyd edərdim. "Real Madrid"in 40 oyunluq məğlubiyyətsizlik seriyası vardı.

- Avropada hansı klubun şərəfini qorumaq istərdin?

- Hər kəsin öz arzusu var. Seçmək imkanım olsaydı, "Barcelona"da oynamaq istərdim. Onların oyun tərzini çox bəyənirəm. İndi əsas vəzifəm üzərimdə işləməkdir.

- Futbol simulyatorlarını (FİFA 16, PES) oynamağı bacarırsan?

- Bunlara aludə deyiləm. Vaxt tapanda biraz oynayıram.

- Daha çox qalib gəlirsən, yoxsa uduzursan?

- İnsana qarşı oynayanda qalib gəldiyim vaxtlar çox olur. Amma sistemin özünə qarşı oynayanda çətinlik çəkirəm. Yəni, qələbə asan başa gəlmir. (goal.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail