Qurban Qurbanov: "Açıqlamalara fikir vermirəm"

08.02.2017 | 4638 dəfə oxunub

Bu gün Azərbaycan Premyer Liqsının 17-ci turunun oyununda “Qarabağ” doğma meyanda “Zirə”ni 2 cavabsız qolla məğlub etdi. Stadium.Az xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Qurban Qurbanov matç barədə belə danışdı:

- Çox vacib qələbə qazandıq. İlk oyunlarda bir qədər çatışmazlıqlarımız vardı. Bunu da normal qəbul edirdim. Bunu da normal qəbul edirdim. Bu gün topla yaxşı davrandıq. "Zirə" fərqli sistemdə oynayırdı. Bizim üçün bu da problem yaradırdı. Çünki çox yaxşı müdafiə olunurlar. Vacib dəqiqələrdə qol vurduq. Bu da həlledici oldu.

- Reynaldonun gedişi gözlənilirdi. Amma Kintananı pis vaxtda itirdiz. Nə dərəcədə təsir edəcək?

- Kintana bizim əsas futbolçularımızdan biridir. Belə futbolçunun komandada olmaması yaxşı hal deyil. Biz bununla razılaşmalıyıq. Burda özümüz üçün problem yaratmaq lazım deyil. 

- Növbəti tura "Kəpəz"lə oyun bərbad stadionda olacaq. Bunu qəbul edəcəksiz? 

- Əlbəttə, bununla razılaşacağıq. O stadionda oyun təyin olunub və qarşılaşma orda baş tutacaq. Hər halda, onlar da daha yaxşı stadionda oynamaq istəyərlər.

- Roman Qriqorçuk "Neftçi"ylə oyundan sonra hakim qərarlarına toxunaraq sizin məğlubiyyətdən qaçmanızı hakim idarəçiliyiylə bağlayıb. Bu gün "Qəbələ" - AZAL oyununda hakim qonaqların təmiz penaltisin verməyib. Qriqorçuka bir sözünüz var?

- İnanmıram ki, onun söylədiy fikirlər mənə qarşı olsun. Öz fikirlərin bildirib. Düşünmürəm ki, bu şəxsimizə yönəlib. Bu sözlər bizim münasibətlərə təsir etməz. Səhv hər bir oyunda ola bilər. Onlara hörmətlə yanaşıram.

- Elə "Qəbələ" və AZAL oyunlarından sonra ictimaiyyətdə sanki "Qarabağ"a qarşı mənfi fikirlər formalaşıb, ya da buna cəhd edilir...

- Belə deyək də, inanmıram ki, Azərbaycanda "Qarabağ"ı gözdən salmağa çalışan insan olsun. Mənim məşqçi kimi formalaşmağımda bu komandanın xüsusi rolu var. Mən hər zaman insanlarla görüşəndə baxmışam ki, köçkünlər bu komandayla nəfəs alırlar. İnanmıram kimsə "Qarabağ"ın uğuruna kölgə salsınlar. Mən açıqlamalara fikir vermirəm. Başımızı aşağı salıb, işimizi görürük. Məğlubiyyət də olacaq, qələbə də. 

- Rəşad artıq fərdi məşqlərə başlayıb. Rəşad "Kəpəz"ə qarşı oynayacaq, yoxsa "Qəbələ"ylə oyuna saxlayacaqsız?

- Rəşadın 15 illik futbol təcrübəsi var. Ona lider adın özünüz vermisiz. Onda bu keyfiyyətlər var deyə bu adı ona vermisiz. O hazır olub 3-5 ay sonra meydana çıxsa, istədiyi kimi də oynayacaq.

- "Qəbələ" - "Qarabağ" oyunu həlledici matç ola bilər?

- Yox, belə düşünmürəm. Hər oyun xal itirmək ehtimalımız var. Komandalar artıq düzgün futbol oynayırlar. "Qəbələ"ylə oyunda qələbə və ya məğlubiyyət işin həll olması anlamına gəlməyəcək. Məncə mübarizə son tura kimi davam edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail