Namiq Ələsgərov: "O, hər futbolçuyla ayrılıqda danışır" - MÜSAHİBƏ

10.02.2017 | 5703 dəfə oxunub

"Neftçi"nin futbolçusu Namiq Ələsgərov Premyer Liqanın 17-ci turunda "İnter" ilə oyundan (1:3) sonra jurnalistlərin suallarını cavablandırıb: 

- “İnter” çempionatın ən güclü komandalarından biridir. Əvvəlcədən bilirdik ki, bizim üçün ağır oyun olacaq. Amma sevinirik ki, qış fasiləsindən sonra ilk qələbəmizi qazandıq. Bu qələbənin davamını gətirmək üçün daha çox çalışacağıq.

- Əvvəlki iki turda, “Qarabağ” və “Qəbələ” matçlarında hakim sizin əleyhinizə kobud səhvlərlə yadda qaldı. Bu gün matçdan öncə hakimin yenə səhv qərarlar verəcəyini düşünürdünüz?

- Düzdür, hər iki oyunda hakim səhvləri oldu. Biz də düşündük ki, heç olmasa bu matçda hakim səhvləri olmaz. “Qarabağ”la matçda qələbəyə yaxın idik. “Qəbələ” ilə də heç-heçə etmək şansımız vardı. Amma bu gün oyun normal keçdi, baş hakim Əliyar Ağayev matçı yaxşı idarə etdi.

- Səncə, “Neftçi” bu gün göstərdiyi oyunla mövsümü hansı pillədə başa vuracaq?

- Bacardığımız qədər yuxarı pillələrə qalxmağı düşünürük. Qarşıdan gələn oyunları qələbə ilə başa vurub, ilk dördlükdə qərarlaşmaq fikrimiz var.

- Komandada özünü necə hiss edirsən, uyğunlaşa bilirsən yeni klubuna?

- Özümü yaxşı hiss edirəm. Təlim-məşq toplanışında bir neçə matçda meydana çıxmışdım, uyğunlaşmaq baxımından problemim olmadı.

- Bu gün “Neftçi” formasıyla ilk qolunu vurdun...

- Əlbəttə ki, ilk qolumu vurduğum üçün sevinirəm. Əsas olan komandamızın qələbəsidir. Bundan sonra da daha çox qol vurub, komandama kömək etməyə çalışacağam.

- Baş məşqçiniz Elxan Abdullayev həm də Azərbaycan milli komandasının məşqçisidir. Sənə xüsusi olaraq tapşırıqları olur?

- Hamıya necə, mənə də elə. O, hər futbolçuyla ayrılıqda danışır. 

- Azərbaycan kubokunun yarımfinalında “Qarabağ”a qarşı matçda komandana kömək edə bilməyəcəyinə görə təəssüflənirsən?

- Bəli, həmin matçda komandama kömək etmək istərdim.

- Əvvəlcədən bilirdin ki, “Qarabağ”a qarşı oyunlarda oynaya bilməzsən?

- Xeyr, bilmirdim. “Qarabağ”la ilk matçdan öncə bildim. Müqaviləmdə belə bir maddə yoxdur.

- Əvvəldən bilsəydin, müdaxilə edərdin?

- Mənim elə bir haqqım yoxdur ki, müdaxilə edim. Rəhbərliklər arasında olan bir söhbətdir. Onlar nə desə, mən də onu etməliyəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail