Cavid Hüseynov: "Ovaxtkı hisslər tamam başqa idi, bugünkü başqa" - MÜSAHİBƏ

13.02.2017 | 4376 dəfə oxunub

“Zirə” ilə oyundan sonra (2:2) “Qəbələ”nin kapitanı Cavid Hüseynov jurnalistlərin suallarını cavablandırıb:

- Son dəqiqələrdə hesabda önə keçsəniz də, qələbə qazanmaq mümkün olmadı. Bunu nə ilə əlaqələndirmək olar?

- 10 nəfər qalmışdıq. Amma bunu qoyaq bir kənara. Bilirdik ki, bu oyun çox ağır keçəcək, ikiqat ağır olacaq. Çünki hiss edirdik ki, “Zirə” oyuna yaxşı hazırlaşır. Buna baxmayaraq, qələbə qazanmaq istəyirdik. Alınmadı. Nə edə bilərik ki? Qolun ikisini də öz səhvlərimizdən buraxdıq. Standart vəziyyətdə vurdular.

- “Zirə”nin futbolçuları qol vurduqdan sonra elə sevinirdilər ki, sanki çempion olublar. Bu məqam sizə də maraqlı gəldi?

- Görürsünüz? Onu siz deyirsiniz, mən yox. Bu barədə danışmaq istəmirdim. Sadəcə olaraq, hesab bərabərləşib, heç-heçə olub, amma soyunub-geyinmə otağında “Zirə” futbolçularının səsi, sevinci elə idi ki, sanki çempion olublar. Ona görə də “Zirə” komandasını təbrik edirəm. Heç bu barədə danışmaq istəmirdim. Onların necə sevindiyini hamı gördü. İndi məsələyə özünüz qiymət verin.

- Rəqibin son oyununu izləmişdiniz?

- İzləmişdik, bilirdik. Yeni legionerləri də var, hücumçular alıblar.

- O mənada demirəm. Ötən oyundakı “Zirə” ilə bugünkü komanda arasında fərq çox böyük idi…

- Əlbəttə, fərqli idilər. Onu hiss etmək üçün peşəkar olmağa da ehtiyac yoxdu. Adi adam da hiss edir. “Zirə” bu gün bütün gücünü meydanda qoydu.

- Komanda yoldaşın Rasim Ramaldanovun qırmızı vərəqə alması nəticəyə nə dərəcədə təsir etdi?

- Rasimin ilk oyunu idi, pis də oynamırdı. Belə hallar olur. Ümid edirəm, bundan sonrası onun üçün daha xeyirli olar.

- Qarşıdakı “Qarabağ”la görüşü “ilin oyunu” adlandırmaq olar?

- Yox, “ilin oyunu” demək olmaz. Digər komandalara qarşı necə hazırlaşırıqsa, həmin matça da elə hazırlaşacağıq.

- Vəziyyət elədir ki, uduzsanız, aranızdakı xal fərqi 6-ya yüksələcək…

- Olsun da. Burada nə problem var ki?

- Yəni, sonra həmin fərqi aradan qaldırmaq çətin olmayacaq?

- Biz hər oyuna qələbə üçün çıxırıq. Çempionluğa oynamırıq.

- Bu fikri ötən dəfə də səsləndirmişdin. Nə mənada çempionluğa oynamırsız?

- Hər oyunda əlimizdən gələni edəcəyik. Sonda nə olacağını birgə görəcəyik.

- Hazırda əsas suallardan biri də “Qəbələ” - “Qarabağ” oyununu idarə edəcək hakimlərin kimliyi ilə bağlıdır. Səncə, hansı hakim bu vacib oyunu daha yaxşı, dəqiq idarə edə bilər?

- Dəqiq söz deməyə çətinlik çəkirəm. Çünki o qədər hakim səhvləri olur ki. Kimin adını çəkəsən... Fərqi yoxdur, “Qarabağ”la oyuna kimi göndərirlər, göndərsinlər.

- Səhv etmirəmsə, “Apollon”la oyundan sonar ilk dəfə komandanı kapitan kimi meydana çıxarırdın. Hisslərini ifadə edə bilərsən?

- Ovaxtkı hisslər tamam başqa idi, bugünkü başqa. İndi mənim üçün əsas olan kapitanlıq deyil. Əsas məsələ öz oyunum, komandamın uğurudur. Necə məsləhət görsələr, elə də edəcəyik. Mən sona qədər canla-başla mübarizə aparmağa hazıram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail