Samir Abbasov: "Hava şəraiti istədiyimiz kimi oynamağa imkan vermirdi" - MÜSAHİBƏ

13.02.2017 | 4341 dəfə oxunub

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 18-ci turunda "Neftçi" ilə oyundan (0:1) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- 7 məğlubiyyətsiz oyundan sonra uduzduq. Qismət belə imiş. Bundan da çətin oyunumuz AZAL-la evdə olacaq. Bu gün danışalacaq bir şey yoxdur. Hava şəraiti oynamağa imkan vermədi. “Neftçi” qələbəyə layiq idi. Rəqibi təbrik edirəm. Çox gücləniblər. Bizim “Neftçi” eyni “Neftçi”dir.

- Fasilədən sonra nə baş verdi? İlk hissədə komandanız daha inamlı təsir bağışlayırdı…

- Hava şəraiti istədiyimiz kimi oynamağa imkan vermirdi. Yoxsa ciddi nəsə olmamışdı. Sadəcə, “Neftçi”nin təzyiqinə tab gətirmədik.
 
- Komandanızın gələcək planları necədir? Birdə oyunun son dəqiqələrində azarkeşlərlə aranızda nə baş vermişdi?

- Heç bir planımız yoxdur. Bilmirəm, Azərbaycanda plan nə dərəcədə doğrudur. 2-ci suala gəlincə isə bilmirəm, haranın azarkeşləri idi. Haramları olsun. Bu cür komanda yaratmışıq, ancaq belə ifadələr işlədirlər. Mən onları heç “Sumqayıt” azarkeşi də saymıram. Təhqir olmadı, sadəcə, elə sözlər dedilər ki, onu heç cür qəbul etmək olmaz.
 
- Təxribat olmaq ehtimalı var?

- Təxribat olduğunu düşünmürəm. Bəlkə də bizdə oynayan hansısa oyunçuların qohumlarıdır. Belədisə, böyük səhv edirlər.
 
- Amil Yunanovu oyuna daha gec qoşmadız?

- Sizcə, mən heç-heçə olan zaman Raili çıxarıb Amili oyuna salaram? Artıq hər şey əldən gedəndən sonra Amili oyuna saldıq. Ehtiram Şahveriyevə də ötürmə etdi, amma vura bilmədi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail