Elxan Abdullayev: "Hər iki komanda eyni havada oynayırdı"

13.02.2017 | 3851 dəfə oxunub

“Neftçi”ın baş məşqçisi Elxan Abdullayev Premyer Liqanın 18-ci turunda "Sumqayıt"la oyundan (1:0) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Hər iki komanda gözəl oyun nümayiş etdirdi. Fərhad Vəliyevin fərdi ustalığı imkan vermədi ki, daha çox qol vuraq. Amma bu, önəmli deyil. Əsas 3 xaldır.

 
- “Neftçi”nin oyununa “Sumqayıt”, yoxsa qar mane oldu?


- Havadan şikayətlənə bilmərik. Hər iki komanda eyni havada oynayırdı.
 
- İcarəyə götürülən futbolçular haqda konkret qərar verilib?


- Folprext və Dreksa icarəyə götürülüb. Folprexti istəsək, ala bilərik. Müqavilənin bəndində belə şərt var.

- Mahir Şükürov mövsümün sonunda karyerasını bitirəcək?

- Bunu Mahirdən soruşun. Axı, onun yerinə necə cavab verim? Hər şey özündən aslıdır. İstəsə, oynaya bilər.
 
- Boban Baykoviç legioner limitinə görə ehtiyatda qalıb?

- Bu oyunda da tələb olunurdu ki, qapıda Vaylo olsun. Limit məsələsini də bilirsiz. Cavid, Fəhmin, Rəhman da tam formada deyil.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail