Maksim Medvedev: "Ay qız keçmə bizim məhlədən..." - MÜSAHİBƏ

28.02.2017 | 3573 dəfə oxunub

"Qarabağ" klubunun və Azərbaycan milli komandasının futbolçusu Maksim Medvedev AFFA-nın "Sualla Zərbə" rubrikasının qonağı olaraq, azarkeşlərin suallarını cavablandırıb:

- Səfər matçlarında olarkən millinin azarkeşləri Sizə və komanda yoldaşlarınıza necə münasibət göstərirlər? Azarkeşlərlə bağlı ən yadda qalan xatirəniz hansıdır?

- Səfərə çıxarkən milli komandamıza çox böyük dəstək olur. Azarkeşlər hava limanına gəlirlər. Getdiyimiz ölkələrdə bizi tanıyırlar və hamısı kömək etmək istəyir. Bu, sevindirici haldır. Baxamayaraq ki, məsələn, Azərbaycan və Almaniya futbolu eyni səviyyədə deyil. Ancaq xaricdə komandamıza böyük dəstək olduğunu görürük. Bu da əlavə motivasiya yaradır. Yadda qalan xatirəyə gəlincə, San Mariono ilə səfər matçında məşqə çıxarkən gördüm ki, 2 nəfər tribunaya qalxaraq, Azərbaycanın himnini oxuyur. Səhv etmirəmsə, həmin oğlanın adı Şamildir. Son oyunlara həmişə tək gəlir və şərfini açır. Bu insanda kompleks yoxdur, bunu hiss etdim. Harada olsa da, milliyə dəstək olur. O, necə mənə azarkeşlik edirsə, mən də ona azarkeşlik edirəm. Sevinirəm ki, belə bir azarkeşimiz var.

- Milli komandada ən yaxın münasibətdə olduğunuz oyunçu kimdir?

- Millidə çoxlu dostum var. Onların bəzisi ilə eyni klubda çıxış edirəm. Çox yaxın münasibətdə olduğum futbolçu başqa klubdandır. Rauf Əliyevi nəzərdə tuturam. Çünki uşaqlıqdan bir yerdə futbola başlamışıq. 11 yaşdan etibarən bütün milli komandalarda birgə çıxış etmişik. Təxminən son 3 ildə fərqli klublarda oynayırıq. Buna baxmayaraq, millidə onunla çox yaxın oluram və münasibətim çox gözəldir.

- Hansı klubun yetirməsisiniz və ilk müəlliminiz kim olub?

- Futbola 11 yaşımda ikən "Neftqaz" klubunda başlamışam. İlk məşqçim Ramiz müəllim olub və bizə çox böyük dəstək verib. Onun köməkliyi ilə aşağı yaş qrupları üzrə milli komandalara düşməyə başlamışıq. Oradan birbaşa "Qarabağ"ın futbol məktəbinə keçmişəm. Səhv etmirəmsə, artıq 12 ildir "Qarabağ"dayam.

- İndiyə qədər qarşılaşdığınız ən güclü hücumçu kimdir?

- Avropada ad çıxaran çox futbolçulara qarşı oynamışam. Kriştianu Ronaldu, Luiş Nani, Stefan Əl-Şəravi, Yengeni Konoplyanka... Yəni, çox olub. Onlara qarşı oynamaq doğrudan da çətindir. Çünki hərənin öz tərzi var. Məsələn, Əl-Şəravi ilə Konoplyanka üstünə gəlib aldatmaq, Ronaldu və Nani isə sürət hesabına müdafiəçiləri keçmək istəyirlər. Şadam ki, belə futbolçulara qarşı oynamışam.

- 5 nəfərdən ibarət futbola getsəniz, milli komandadan kimləri götürərsiniz?

- Əlbəttə, özümə 1 qapıçı, 3 meydan oyunçusu götürəcəyəm. Qapıya Kamran Ağayevi seçərəm. Sonra Rahid Əmirquliyevi götürərəm. Çünki mənə elə futbolçular lazımdır ki, bu cür oyundan anlayışı olsun. Biz bu oyunu "dır-dır" adlandırırıq. Yaxşı bir müdafiəçi lazımdır, o da Bədavi Hüseynov olsun. Çünki addımları böyükdür. İki nəfər də texnikalı futbolçu lazımdır. Bunun üçün də Ağabala Ramazanovla Rəhman Hacıyevi götürərəm. Boyları balacadır, yaxşı texnikaları var. Arxada üçümüz dursaq, yetər. İstənilən komandaya qarşı oynayarıq.

- Dünya çempionatında iştirak etsəniz, hansı hissləri keçirərsiniz?

- Bu, doğrudan da mənim arzumdur. Dost-tanışlarım zəng edir. Millinin son nəticələrini görəndən sonra deyirlər ki, çox böyük şansınız var və səni orada görmək istəyirik. Dünya çempionatı Rusiyada olacaq. Orada çox dostum var. Onlar bizim nə vaxt gələcəyimizi gözləyirlər. Əsas fikir odur ki, final mərhələsinə düşək. Orada hansı hisslər olacaq, hələlik bilmirəm.

- Qolunuzdakı döymə nədir və hansı mənanı daşıyır?

- Döymənin daxilində çox məna var. Ona görə də, üzərini ümumi bir fonla bağlamışam ki, seçilməsin. Görəndə çox suallar verirdilər. Ancaq bəzi yazı və şəkillər var ki, onları camaata bildirmək istəmirəm. Şəxsi həyatıma aiddir. Bu üzdən müzakirə etmirəm.

- Azərbaycan dilində hansı mahnını bilirsiniz?

- Məqşdən qayıdanda əksər vaxt radioya qulaq asıram. Çox mahnıdan xoşum gəlir. Əlbəttə, öz-özümə oxuyuram. Ürəyimə daha çox Ədalət Şükürovun mahnıları yatır. Özü ilə aram çox yaxşıdır. Onun mahnılarına üstünlük verirəm, səsi xoşuma gəlir. Mahnılardan biri də budur: "Ay qız keçmə bizim məhlədən, sənin adına qurban olum" (gülür - red.).

- Milli komandada oynayarkən, yaşadığınız hansısa gülməli bir məqam olub?

- Çox olub. Çünki bizdə Kamran Ağayev var. O, komandanı tonusda saxlayır. Kamran toplanışda varsa, demək, vaxt tez uçacaq. Axırıncı səfərdə məndən xahiş etdi ki, gedək pilota tərəf, mikrofonla bir şey danışmaq istəyirəm. Dedim: "Gedək, problem yoxdur". Amma fikrini bilmirdim. Kamran mikrofonu götürüb deyir: "Salam sərnişinlər, uçuşumuz 5 saat çəkəcək, hündürlüyümüz bu qədər olacaq. Sizdən artıq dərəcədə xahiş edirəm, bizdə bir sərnişin itib, ayağınızın altına baxın, birdən əzib edərsiniz. Sərnişinin adı Arif Daşdəmirovdur". O da nəyə görə? Boyu balacadır, həmişə bu cür ona "ilişir". Onu mikrofonda deyəndə, bütün təyyarədə olanlar gülüşdülər. Belə anlar çox olur. Müsbət məqamlar Kamrana aid olanlardır. Harada aş, orada başdır.

- Almaniya ilə oyundan nə gözləyirsiniz?

- Komandamız həmin gün bir məqsəd üçün meydana çıxacaq. Hədəf qalib gəlməkdir. Çünki bizim şüarımız var: "Niyə də yox"?! Öz meydanızda oynayacağıq. Nəticələr göstərir ki, Azərbaycan millisi hər şey edə bilər. Bizdən həm sürpriz, həm də yaxşı oyun gözləyə bilərlər. İnanıram ki, burada Almaniya millisindən xal ala biləcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail