Qurban Qurbanov: "Kiməsə xoş gəlsin deyə iş görmürük" - MÜSAHİBƏ

28.02.2017 | 3535 dəfə oxunub

Bu gün Azərbaycan Premyer Liqasının 20-ci turunun oyununda “Qarabağ” doğma meydanda “İnter”ə 0:1 hesabıyla məğlub oldu. Stadium.Az xəbər verir ki, oyundan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Yaxşı oyuna görə “İnter”i təbrik edirəm. Futbolçularımız çox əziyyət çəkdilər. Top itkilərimiz çox oldu. Futbolçularımızın üzərinə getmək olmaz. Bəzi oyunçularımızın idman formasını daha da yaxşılaşdırmalıyıq. Oyunların sayı azalır. İradlarımızı da oyunçulara bildirəcəyik.

- Son vaxtlarda sanki komandada nəsə çatmır? O nəsə Kintananın yoxluğu ola bilər?

- Son vaxtlar tam heyət əldə edə bilmirik. Bu gün Dani olmasa da, Maksim oynamadı. Ağabala oyunda tam oynamadı. Gəncədəki oyundan sonra zədəsi vardı. 3 gün idi məşq edir. Ndlovunun xidmətindən məhrumuq. Heyətlə bağlı ciddi problemlərimiz var. Müdafiədə problem olanda aradan qaldırmaq olur. Amma hücum xəttində çatışmazlıq olanda bunu sığortalamaq çətindir. İnşAllah yaxın vaxtlarda bular qaydasına düşər.

- Azarkeşlər sanki Rşada irad bildirirdilər?

- O məqamı görmədim. Sanki mənə qışqırırdılar. Azarkeşlərin haqqına girə bilmərik. Biz ailəyik. Hər kəslə səmimi olmağa çalışmışıq. Dərk etməliyik ki, problem hardan başlayır. Əsas odur bundan nəticə çıxardaq. Biz bu komandanın adını bilirik və işimizə məsuliyyətlə yanaşırıq. Bir yenilgi olan kimi isə içəridə olan narazılıqlar üzə çıxır.

Bu gün dünya futbolunda ən böyük klublar transferdə problem yaşayır. Böyük məşqçilər, klublar 4-5 qol buraxaraq məğlub olurlar. Çalışan tək biz deyilik. Hər kəs işləyir, oyunun düzəltmək, nəticə vermək istəyirlər. Narazılıq mənə idi, bunu da normal qarşılayıram. Bunu öz aramızda həll etsək daha yaxşı olar. Burada azarkeşimiz olmayanları sevindirmək lazım deyil.

- Bu nəticə gözlənilməz idi?

- Hər oyun gözləyirik. Bu il bu komandanı məğlub edə bilməmişik. Oyunlarını əks hücumda qurmuşdular. Hər oyunda xal itirməyimizi göz önünə gətiririk.

- Gəncədəki oyunun nəticəsi futbolçularınıza bəlli olmasa nəticə fərqli ola bilərdi?

- Xeyir. Biz belə düşünmürük. Oyun bitməmişdi, biz bu qarşılaşmaya hazırlaşırdıq.

- Armenteros Hollandiyada yaxşı çıxış edir. Son turda səfərdə “Ayaks”a da qol vurdu...

- Armenteros bura gələndən onda problemlər oldu. Gedənlərin yaxşı çıxış etməsi özü göstərir ki, biz səhv etməmişik. Bizdə futbol daha çətindi. Orda daha sərbəstdirlər. Futbola bir iş kimi baxırlar. Hollandiyada isə tam fərqlidir. Bizdə isə daha çox nəticə tələb edilir. Onlar burada sıxılırlar.

- Şəhidlər Xiyabanına futbolçular getməmişdi. Bu, söz-söhbətə səbəb oldu...

- Biz hər il bunu qeyd edirik. Klubun vitse-prezidenti Tahir bəylə bazada birlikdə tədbirimiz olur. Tahir bəy hətta yarım saat Azərbaycan, yarım saat da İngilis dilində Xocalı faciəsiylə bağlı futbolçulara məlumat verilir. Biz xoşlamırıq ki, bir yerə gedəndə şəkil çəkib bunu nümayiş etdirək. Hər şeyi Allah görür.

- Olmazdı ki, futbolçuların hamısı getsin?

- Biz kiməsə xoş gəlsin deyə iş görmürük. Biz indi demək istəmirik ki, bu klub rəhbərliyi nə qədər məcburi köçkünə yardım edir, hər zaman onların yanındadır.

- Almeyda artıq Azərbaycan millisində oynayacaq...

- Bəli, artıq razılıq əldə edilib. Məncə milli üçün xeyirli olacaq. Ona artıq azərbaycanlı kimi baxırıq. Mentaliteti qəbul edib. Hər halda, məşqçilər oturub düşünüblər, faydalı olacağın düşünüb deyə milliyə dəvət ediblər. İnanıram ki, milliyə kömək edəcək və düşünürəm ki, pis fikir deyil.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail