Rauf Əliyev: "Komandaya söz verilib ki, hər şey qaydasına düşəcək" - MÜSAHİBƏ

01.03.2017 | 3518 dəfə oxunub

"İnter"in futbolçusu Rauf Əliyev Azərbaycan Premyer Liqanın 20-ci turunda "Qarabağ"la oyundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Çempionatın ən güclü komandalarından birinə qarşı oynayırdıq. Qazandığımız üç xal bizim üçün çox böyük nəticədir. Bu mövsüm “Qarabağ”a qarşı bütün matçlarda xal qazanmışıq. Bu oyuna çox diqqətlə yanaşmışdıq. “Qarabağ”ın hücum futbolu oynayacağını bilirdik. Müdafiə xəttimiz öz işini lazımınca yerinə yetirdi. Əsas olan üç xal qazanmaq idi və biz də bunu bacardıq.

- “Qarabağ”ın bir qədər zəif təsir bağışlamasını gözləyirdiniz?
- Mən belə düşünmürəm. Rəqib 90 dəqiqə hücum futbolu oynadı. Amma müdafiəçilərimizin diqqətli oyunu qələbə qazanmağımızda böyük rol oynadı.

- Matçdan öncə söz-söhbətlər vardı ki, “İnter”in futbolçuları maaliyyə problemlərinə görə “Qarabağ”la oyuna çıxmaq istəmir... 
- Bəzi xırda problemlər var. Sadəcə, maaşlarda bir az gecikmələr olur. Amma komandaya söz verilib ki, hər şey qaydasına düşəcək.

- Bu gün qazandığınız üç xal maddi məsələlərin daha tez düzəlməyinə kömək edəcək?
- Bunlar fərqli mövzulardı. Bizə deyilib ki, maddi məsələlərə görə narahat olmayın. Bu qalibiyyət növbəti oyunlar üçün bizə motivasiya olacaq. 

- Rəhbərliyiniz komandanın qarşısına hansı məqsədləri qoyub?
- Komandaya mövsümün sonuna qədər baxılacaq. Həm də deyilib ki, bu komanda dağılmayacaq, yaşayacaq. Açıq danışaq, “İnter” kimi bir komandanı dağıdıb, onun yerinə birinci diviziondan komanda gətirmək düzgün olmaz. “İnter” hər şeyi hazır bir komandadır. Bizə maliyyə tərəfdən də kömək olsa, çətinliyimiz olmayacaq.

- Bu gün qələbə qazanaraq lider “Qəbələ” ilə xal fərqini bir az daha azaltdınız. Komanda çempionluğa nə dərəcədə inanır?
- Mövsümün əvvəlindən əsas məqsədimiz Avroliqaya vəsiqə qazanmaq olub. Çempionluq barədə heç vaxt fikirləşməmişik. Həqiqətən çətin məsələdir...

- Rauf, son zamanlar yaxşı formadasan. Digər güclü klublardan təklif gözləyirsən? Məsələn, “Qarabağ”dan, “Qəbələ”dən..
- Səmimi sözümdür, “İnter” yaşayacağı halda, bu komandada qalmaq istəyərəm. Çünki bu klubda oynamaq mənim üçün rahatdır. Oyunum da yaxşı alınır. “Qarabağ”dan sonra “Bakı”da oyunum yaxşı alındı, formada idim. Amma “Bakı”da müəyyən problemlər oldu, “İnter”ə gəldim.

- “Bakı”da oynadın, komanda dağıldı. Daha sonra “Xəzər-Lənkəran”da oynadın, orda da komanda dağıldı. İndi də “İnter”ə keçdin və burda da maddi problemlər var.
- Nə deyim, qismət. Bəzən Əfran İsmayılovla aramızda zarafat edirdik ki, hansı komandaya getsək, həmin komanda dağılır (gülür) Bundan sonrasının yaxşı olmağını ümid edirəm.

- “İnter”in kapitanı Nizami Hacıyevin milli komandaya çağırılmaması ilə bağlı nə düşünürsən?
- Həqiqətən istəyərdim ki, Nizami milliyə çağırılsın. “İnter” üçün əlindən gələni edir. Ən azından, milliyə çağırıb, yoxlamaq lazımdır. Amma hər kəs eyni fikirdə ola bilməz.

- Riçard Almeydanın Azərbaycan milli komandasına cəlb edilməsi barədə fikirlərin necədir?
- Açığı, mən hər zaman istəmişəm ki, millimizdə sırf Azərbaycanlılar oynasın. Yəni, zəif, güclü fərq etməz, bizimkilər olsun. Amma qəbul olunan qərara biz heç nə deyə bilmərik.

- Prosineçki deyir ki, Nizami Hacıyev mənim futbol fəlsəfəmə uyğun deyil. Ümumiyyətlə, Prosineçkinin futbol fəlsəfəsinin necə olduğunu düşünürsən?
- Hər baş məşqçinin öz qərarları var. Bu gün Prosineçki belə qərar verirsə, ona heç kim bir şey deyə bilmir. Amma mən də istəyərdim ki, Nizami milliyə çağırılsın.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail