"Zaqatala"nən baş məşqçisi: "Gümüş medal qazanmalıyıq" - MÜSAHİBƏ

10.03.2017 | 3433 dəfə oxunub

I Divizionunda 19-cu turun “Mil-Muğan” - “Zaqatala” (0:1) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Şaban Şirdanov jurnalistlərin sualarını cavablandırıb:

O, əvvəlcə matç barədə fikirlərini bildirib:
 
- Oyundan əvvəl də demişdim ki, “Mil Muğan" maraqlı futbol oynayır. Aqil müəllim yaxşı komanda qurub. Özümüzə gəlincə, süni meydanda məşq edirik deyə, bu meydanda çətin oyun oldu. Əsas 3 xal qazanmaq idi və və buna nail olduq. Qələbə bizim haqqımız idi. Nəticə ədalətli oldu.
 
- Bir müddət istefanız gündəmdə idi. Amma rəhbərliyijn etimadından sonra komanda "qara zolaq"dan çıxdı...
- Azərbaycanda iş tapmaq çətin deyil. Heç kimin yerini tutmuram. Ləyaqətlə işləmək istəyirəm. "Qara zolaq" deməzdim. Sadəcə həmin vaxt "Turan Tovuz"la yaxşı oynasaq da, fərdi səhvdən qol buraxdıq. "Şəmkir" və "Şahdağ" səfərlərində stadionlar bərbad idi. Musa Qurbanovla biz dostuq. Amma rəhbətlik istəsə, dəyişikliyə hazıram. Məsələn, necə ki, "Qarabağ"da Dani Kintana yoxdu, komanda çətinlik çəkir, eynilə bizim də iki aparıcı oyunçumuz zədəli idi.
 
- Qarşıda 7 tur qalıb. Medal qazanmaq şansınız varmı?
- Bütün oyunlarda qalib gəlsək, ikinci yeri tuta bilərik. Hətta çempionluq uğrunda da mübarizə apara bilərik. Minimum hədəfimiz gümüş medallardı.
 
- Komandanız, xüsusilə də Emin Mehtiyev aqressiv görünürdü...
- Eminə qarşı qayda pozuntusu çox oldu. Üstəlik zədəli olan ayağına zərbələr vururdular. Aqressivliyin səbəbi budu.
 
- Komandanız adətən çox qol vururdu. Bu gün bir topla kifayətləndiz. Səbəb nədi?
- KQol imkanlarımız az deyildi. Oruc Balaşlınin iazı iki real epizodu oldu. Oruc bombardir olsa da, ondan narzıyam. Hələ çox işləməlidi.
 
- Oyunun sonlarında mübahisəli penalti epizodu oldu. Bu barədə fikriniz?
- Mən görmədim. Epizodu görsəydim, fikir bildirə bilərdim.
 
- Musa Qurbanov uğursuz çıxış zamanı demişdi ki, komandadan hesabat tələb edəcəm. Siz onunla birlikdə futbol oynamısız. Belə bir şey nə dərcədə düzgündü?
- Bəli, biz Musa Qurbanovla futbol oynamışıq. Amma, həm də peşəkarıq. Klub rəhbərinin baş məşqçidən hesabat istəməsi normaldı. Bir dəfə Qurban Qurbanovdan soruşmuşdular ki, niyə vida oyununuzda Şaban Çirdanov məşqçilər korpusunda yer almamışdı? O da demişdi ki, Şaban müəllim küsən adam deyil. Bu həqiqətən də belədi.
 
- Dediz ki, Musa Qurbanov klub rəhbəri kimi hər şeyin ən yaxşısını istəyir. Fikirləşmirsiz ki, ən yaxşı üçün də yaxşı şərait yaradılmalıdı. Heyəti niyə gücləndirmirsiz?
- Qış fasiləsi ərəfəsində bizim 8 oyunluq qələbə seriyamız oldu. İnanmıram ki, Musa müəllim bu heyətə gələcəkdə Premyer Liqada güvənməyi düşünür. Buna görə də ciddi dəyişikliklər edilmədi.

-  Deyilənə görə, “Səbail” neçənci yeri tutsa da, Premyer Liqaya vəsiqə qazanacaq. Bu söz-söhbətlər sizə necə təsir edir?
- Dünən “Səbail”in aşlkar penaltisi verilmədi. Bu özü sualınızın cavabıdı. Premyer Liqaya kim çıxacaqsa, heyətini gücləndirməlidi. Belə söz söhbətlərə fikir vermirik.
 
- Bugünkü “Zaqatala”nı Premyer Liqanın hansı klubları ilə müqayisə edərdiz?
- Biz bu suala qışda “Kəpəz” və AZAL-la başabaş mübarizə aparmaqla cavab verdik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail