Sadıq Sadıqov: "Bunu həll edə bilsək, cüdonun heç bir problemi qalmayacaq" - MÜSAHİBƏ
Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə”
yarışlarında iki gün geridə qalıb. Stadium.Az xəbər verir ki, ilk oyun günü
millimiz heyətinə cəmi bir bürünc medal yazdıra bildisə, ötən gün komandamız
üçün daha uğurlu oldu: 1 qızıl, 2 bürünc. Ötən günkü yarışlar başa çatdıqdan
sonra Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov saytımıza
müsahibə verib:
- Təbii ki, bu günü uğurlu hesab edirəm. Belə
bir yarışda qızıl medal qazanmaq uğurdur. Bu gün bizə qızıl medal qazandıran
Rüfət İsmayılov tapıntımızdır. Düzdür, onun perespektivinə bələd idik, gənclər
arasındakı çıxışlarını da bilirdik, amma o, ilk dəfə idi ki, belə bir böyük
yarışda iştirak edirdi. Buna görə də Rüfət bizim üçün tapıntıdır. Və nəzərə
almaq lazımdır ki, 81 kq çəki dərəcəsi hər zaman millimizdə yaralı yer olub.
İndi cüdoda yeni qaydalar var, bunlar da bir qədər çətinlik yaradır.
Bu yarış bizim İslam Oyunlarına bir
hazırlıqdır. Əsas məsələ isə zədə almamaqdır. Biz hər bir idmançımızdan medal
gözləyirik. Onlara göstərilən diqqət və qayğı yüksək səviyyədədir. Onlardan tələbimiz
də yalnız medal qazanmaq, uğurlu çıxış etməkdir.
Cüdo ən elitar idman növüdür. Biz istəyərik
ki, bütün çəki dərəcələrində medalların hamısı bizim olsun. Amma cüdo hər yerdə
inkişaf edir. İlk oyun günü İsrail idmançıları, bu gün isə monqollar çox uğurlu
çıxış etdi. Bunlar heç adamın ağlına da gəlməzdi. İnkişaf hər yerdə göz
qabağındadır. Biz də çalışırıq ki, yeniyetmə və gəncləri usatalaşdıraq.
- Milli komandanın eks baş məşqçisi Peter Zayzenbaxer geri qaytarıla bilər?
- Yox, bundan söhbət
gedə bilməz. Tam əminliklə deyə bilərəm ki, İslam Oyunlarına kimi heç bir əcnəbi baş məşqçi
olmayacaq. Bu gün öz məşqçilərimizlə yola davam edirik. Hazırda milli
komandamızın məşqçisi Fərhad Məmmədovun çox yaxşı yetirmələri var. Pis məşqçi
olsaydı belə yetirmələri olmazdı. Bizim də borcumuzdur ki, onlara şans verək.
- Qadınlarda uğur qazana bilmirik...
- Düzdür, bu, bir qədər yaralı yerimizdir. Amma bu yöndə də inkişaf hiss olunur. Məsələn, yeni məşqçi dəyişikliyindən sonra qadın cüdoçularımız artıq mübarizə aparmağa başlayıblar. Daha əvvəl elə ilk cəhddəcə məğlub olurdularsa, bu dəfə daha qabağa gedə bildilər.
- Bəs qadınlardan
ibarət milliyə əcnəbilər dəvət oluna bilər?
- Bəli, bu yöndə işlərimiz
davam edir. Siyahımızda 3-4 idmançı var. Biz fikirləşirik ki, milliyə 3-4
perespektivli gənc idmançı cəlb edək ki, həm uğur qazanmaq üçün şansları olsun,
həm də bizim qadın cüdoçular onlarla birlikdə inkişaf etsin, rəqabət olsun.
- İdmançılarla söhbət
zamanı məlum olur ki, onlar hazırkı məşqçi Fərhad müəllimin qalmasnı istəyirlər...
- Biz idmançılarla
razılaşmalıyıq. Rəhbərliyin işi idmançılara və məşqçilərə ən yüksək səviyyədə
qayğı göstərməkdir. İdmançı ardıcıl olaraq nəticə verməyəndən sonra rəhbərlik nə
etməlidir?
Dəyişiklik mütləq
gözlənilir. Bu, elə idman növüdür ki, dünyanın hər yerində belədir. Baş məşqçilik
heç kimə ata-babasından miras qalmayıb. Kim yaxşı işləyirsə ona da şans verilir.
Rio olimpiadasında qazandığımız uğurlar da bu məşqçilərimizin böyük zəhməti
hesabına qazanılıb. Əsas məsələ nəticədir. Bu gün bir qızıl medal qazanıldı,
kim onların işinə pis deyə bilər ki?! Amma heç nə olmayanda dəyişiklik qaçılmaz
olur. Hazırda məşqçilər heyətində dəyişiklikdən söhbət belə getmir.
- Bildiyim qədəriylə
Cüdo Federasiyasının bazası yaradılacaq...
- Bu yöndə işlərimiz
gedir, amma çox böyük işdir. Baza yaradılan zaman bura həm federasiyanın
binası, həm təlim-məşq bazası, həm idmançılarımızın qalacağı otel də daxildir.
Yəni xırda bir iş deyil, çox böyük bir plan olacaq. Buna görə də, Cüdo
Federasiyasının bazasının yaradılması balaca iş deyil. Bəzi şirkətlərlə də
danışıqlarımız olub. Ərazi federasiya prezidenti tərəfindən seçilib. Buna start
verilsə bazanın tam istifadəyə verilməsi 1-2 ilə başa gələcək iş də olmayacaq.
Bunu həll edə bilsək, cüdonun heç bir problemi qalmayacaq. Hazırda rəsmi olaraq
Cüdo Federasiyasının ofisi yoxdur. Məşq zalı olaraq “Neftçi İdman Klubunun”
bazasından istifadə edirik. Regionlarda məşq zalları, hətta tatamilər belə
yoxdu. Regionlara mütəxəssislərimizi yolladıq, yerində hər şeylə maraqlandılar
və ən perespektivli rayonlarda zallarımızın açılmasına qərar verdik.
Respublikada 8 zonada Cüdo Federasiyasının zalları açıldı. Cüdoya axın həddindən
artıq çoxdur. O zalları hər şeylə təmin edirik ki, gənclər təmənnasız çalışsın.
İndi federasiya prezidenti Rövnəq Abdullayevin də çalışdığı budur ki, cüdonun
maddi texniki bazası yaradılsın.
- Qarşıda əsas planlar var?
- Bayaq da bildirdiyim kimi, əsas hədəfimiz İslam Oyunlarıdır. Hər çəki dərəcəsində mübarizə aparacağıq və maksimum dərəcədə uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik.
Fürsətdən istifadə
edib Azərbaycan Cüdo Federasiyası ailəsi adından xalqımızı qarşıdan gələn
Novruz Bayramı münasibətiylə səmimi qəldəb təbrik edirəm. Allah hər kəsə bol
ruzi, can sağlığı nəsib etsin.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |