Dabo: "Bizim qarşıda əsas rəqibimiz “Qarabağ”la oyunumuz var"

15.03.2017 | 3700 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XXII turunda “Neftçi” öz meydanında “Qəbələ”ni  1 - 0 hesabıyla məğlub edib. Bununla da "qırmızı-qaralar" liderliyi "Qarabağ"a təhvil verib. Stadium.az xəbər verir ki, matçdan sonra "Qəbələ"nin fransalı legioneri Baqali Dabo jurnalistlərin suallarını cavablandırıb.

- “Neftçi”yə məğlub oldunuz. Və liderliyinizi əldən verdiniz. Həmin oyun haqda nə deyə bilərsən?

- Məncə, oyuna yaxşı başlaya bilmədik. “Neftçi” bizə qarşı çox yaxşı oynadı. Son dəqiqələrdə meydanda ən yaxşı olan tərəf olsaq da, istəyimizə nail ola bilmədik. Çox təəssüf.

- “Neftçi”nin digər oyunlarda zəif, sizə qarşı isə yaxşı oynadığını düşünmürsən?

- Bir daha bildirim ki, “Neftçi” bizə qarşı yaxşı oynadı. Digər qarşılaşmalarda da yaxşı oyun sərgiləmişdilər. Ancaq bizə qarşı daha yaxşı oynadıqlarını düşünürəm. Sadəcə, “Neftçi”nin son zamanlar 1 oyununu görmüşdüm, o da “Zirə”yə qarşı. Həmin görüşdə “Neftçi” yaxşı oynasa da, 1:2 hesabı ilə məğlub olmuşdu. Fikrimcə, “Zirə” ilə oyunda necə oynamışdılarsa, bizə qarşı da elə mübarizə apardılar.

- “Neftçi”yə qol vura bilməməyinizə səbəb nə idi?

- Qol vurmaq üçün şanslarımız olsa da, istifadə edə bilmədik.

- Bu məğlubiyyət “Qəbələ”ni çempionluqdn edə bilər?

- Düşünmürəm. Qarşıda bir neçə matçımız var və həmin oyunlara qələbə üçün çıxacağıq. Çempionluq şanslarımız davam edir. Bizim qarşıda əsas rəqibimiz “Qarabağ”la oyunumuz var, həmin oyunda qələbə qazanmağa çalışacağıq. Məqsədimizdən dönən deyilik.

- Necə düşünürsən, çempionluğun taleyinə “Qarabağ” – “Qəbələ” oyununda həll olunacaq?

- Məncə, belə olacaq. Həmin qarşılaşma finala bərabər bir oyun olacaq. Ümid edirəm ki, həmin matçda biz qalib gələcəyik.

- Premyer Liqanın XXII turunda bütün oyunlarda eyni hesab qeydə alındı. Nə vaxtsa belə nəticə ilə qarşılaşmışdın?

- Deməli, bütün oyunlar çətin keçib. “Qarabağ” AZAL-a yalnız 1 qol vur bilib. Demək ki, AZAL da güclü oyun sərgiləyib. “Neftçi” də bizə qarşı yaxşı oyun sərgilədi. Belə nəticəyə gəlmək olar ki, çətin və yaxşı oyunlar olub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail