Elxan Abdullayev: "Bu suala cavab verə bilmərəm" - MÜSAHİBƏ
Azərbaycan Premyer Liqasının 23-cü turunda evdə “İnter”i məğlub edən (2:1) “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev oyunsonrası mətbuat konfransında jurnalistlərin sallarını cavablandırıb:
- Bütün “Nefçi” sevərləri təbrik edirəm. Bu gün xoş gündü. Stadionda gözəl atmosfer var idi. Azarkeşlərə təşəkkür edirəm. O ki qaldı oyuna, komandamı təbrik edirəm. Futbolçular bu gün meydanda canlarını qoydular. Tam üstünlük bizdə idi. Məncə, layiqli qələbə qazandıq.
- Artıq ikinci oyundu “Neftçi” bir top fərqiylə qələbə qazanır. Bu qollar da birinci hissədə vurulur. Sanki “Neftçi” ikinci hissədə bir qədər rahatlaşır. Avrokuboklarda rəqiblər bu cür şeyləri bağışlamırlar...
- Bu, futboldu. Biz qol vuranda oyun çətinləşir. Bu gün rəqibə heç-heçə də sərf edirdi. Qol vurduqdan sonra rəqib irəli çıxdı, bunun da nəticəsində 2-ci qolu vurduq. Təəssüf ki, dərhal qol buraxdıq. Bəlkə də, o qolu buraxmasaydıq, hesab daha da böyük olardı. İndidən avrokubok barədə düşünmürəm. İndi məni düşündürən yalnız “Qarabağ”la kubok oyunudu.
- Bu, sizin istədiyiniz “Neftçi”di? Bir də, qapıçı
Boyan Baykoviçin çıxışından razısız?
- Bu komandanı mən yığımışam. Bilirəm, bu komandadan nə gözləmək olar. Ancaq pillə-pillə irəliləmək lazımdı. Əvvəlki komandaya baxanda, indiki qat-qat yaxşıdı. Ancaq hələ tam razı deyiləm. Qolda qapıçıda səhv görmürəm. Baykoviçdən tam razıyam. O qapıda duranda tam arxayın oluram. Təcrübəli qapıçıdı, o, öz təcrübəsiylə komandaya çox kömək edir.
- Bu gün komandanın müdafiəsində itki olsa da, Jayroya
yox, yarımmüdafiəçi Ruslan Abışova şans verdiz. Demək olar ki, Jayro komandadan
göndəriləcək?
- Yox. Ruslan Abışovun əsl mövqeyi dayaq yarımmüdafiəçisi yox, mərkəz müdafiəçisidi. O, dəfələrlə bu mövqedə oynayıb.
- Millinin oyunuyla bağlı çempionatda fasilə
yaranacaq. Komanda yaxşı forma yığıb. Bu fasilə komandaya nə dərəcədə təsir edə
bilər?
- Mən özüm də millidə çalışıram. Əvvəllər mən millidə olanda, sonradan “Neftçi” məğlub olanda hamı mənim üzərimə düşürdü ki, məğlubiyyətdə səbəb budu. Ancaq bu, səbəb deyil axı. Mən milliylə Qətərdə idim. Ancaq qayıdan sonra “Qəbələ”ni məğlub etdik. Biz Almaniya kimi komandayla oynayacağıq. Bizim komandadan 2 nəfər millidə olacaq. Bəzi oyunçularımız da U-21-in düşərgəsində olacaq. Digər oyunçular isə plan üzrə hazırlaşacaq. Gəlib baxa bilərsiz. Bayramla bağlı 3 günlük istirahət veriləcək. Fasilə bizdən asılı məsələ deyil axı.
- Siz həm də millidə çalşırsız. Prosineçkinin oyun
fəlsəfəsi barədə məlumat verə bilərsiz?
- Nizami Hacıyev çox tərbiyəli futbolçudu. Mən ona məsləhət bilərdim ki, az danışsın. Bu barədə o özü danışmamalıdı. Oynayır, onsuz da, buna görə təriflənir. Çağırılmamasına gəldikdə isə bu, Prosineçkinin qərarıdı. Mən onun başında nə olduğunu bilmirəm axı. O, heç vaxt deməyib ki, Nizami pis futboçudu. Sadəcə, deyib ki, oyunumuza uyğun deyil.
- Bəs sizin necə? Nizami sizin oyun fəlsəfənizə
uyğundu?
- Bu suala cavab verə bilmərəm. İndi ad
çəkmək düzgün olmaz.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |