Svanadze: "Onun komandadan getməsinə görə təəssüf edirəm"

19.03.2017 | 3275 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 23-cü turunda səfərdə “Neftçi”yə uduzan (1:2) “İnter”in baş məşqçisi Zaur Svanadze oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- “Neftçi”ni 80 illik yubileyi münasibətilə təbrik edirəm. Oyuna gəldikdə isə komanda yaxşı təsir bağışladı. İlk hissədə ərazi üstünlüyü “Neftçi”də idi. Ancaq təhlükəli vəziyyət yaratmadılar. İkinci hisədə üstünlük bizdə idi. Ancaq bəxtimiz gətirmədi. Ən azı heç-heçəyə layiq idik. Bu komandaya cari mövsümdə 3 dəfə uduzmuşuq. Bizim üçün münasib rəqib deyil. Ancaq edəcək heç nə yoxdu.     

- Bugünkü məğlubiyyətə görə özünüzdə səhv görürsüz?

- Məğlubiyyəti sadəcə, bəxtsizliklə əlaqələndirərdim.

- “İnter” elə təsir bağışlayırdı ki, sanki hücum üzərində məşq etməyib...

- Taktiki baxımdan hər şey qaydasındadı. Son iki ildi bu cür taktikayla oynayırıq. Oyunçular nəyi necə etməli olduqlarını bilirlər. Sadəcə, bəzi texniki səhvlər oldu. Həm də ehtiyat oyunçular skamyamız qısadı.

- Səlahət Ağayevin yeri görünür?

- Səlahət Ağayev yaxşı qapıçıdı. O, komanda üçün əsas oyunçulardan biridi. Ancaq bu gün Səlahət də qol buraxa bilərdi.

- Namiq Ələsgərov “Qarabağ”dan “Neftçi”yə keçəndə klublar arasında belə anlaşma oldu ki, bu futbolçu “Qarabağ”a qarşı oynamayacaq. Bəs Ruslan Abışovun keçidi zamanı bağlı belə anlaşma olmamışdı?

- Ruslanın keçidi Türkiyədə olduğumuz zaman həll olundu. Belə razılaşma olmayıb. Onun komandadan getməsinə görə təəssüf edirəm.

- Siz vaxtilə “Neftçi”yə qarşı oynamısız.  Sizcə, hazırkı “Neftçi”də o vaxtkıyla müqayisədə hansı çatışmazlıq var?

- “Neftçi”yə qarşı oyun həmişə çətin olub. “Dinamo”da oynadığım zaman bu komandaya qarşı oyunumuzda müdafiəçimiz səhvə yol vermişdi. Bunun nəticəsində “Neftçi” qalib gəlmişdi. Tbilisiyə gedəndə gördüm ki, bütün qəzetlər qolun mənim səhvimdən vurulduğunu yazırdı. O ki qaldı indiki “Neftçi”ylə müqayisəyə, indiki “Neftçi” yeni komandadı. Vaxt keçdikcə daha yaxşı olacaqlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail