Maksim Medvedev: "Hiss olundu ki, axırıncı söhbətlərdən sonra "Zirə"..."

20.03.2017 | 2887 dəfə oxunub

“Qarabağ” futbolçusu Maksim Medvedyev Premyer Liqanın 23-cü turunda “Zirə” ilə  oyundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

- Hiss olundu ki, axırıncı söhbətlərdən sonra  "Zirə" bizə qarşı çox ciddi hazırlaşıb. Onları başa düşürük. Biz də istəməzdik ki, belə söz-söhbətlər olsun.

- Hansı söhbətləri nəzərdə tutursan?

- Mediadan oxumuşam ki, guya qardaşlıqdı, nədi. Gördüyünüz kimi, bizə oynamağa imkan vermədilər,

- Qələbə qazanmağınız üçün nə çatmadı?

- Sadəcə, qol çatmadı. Xeyli real qol imkanımız olsa da, bundan yararlana bilmədik. Bir qol vursaydıq, ”Zirə" fərqli futbol oyanacaqdı. Hesab açılmadığı üçün qapalı oynadılar. 

- Oyunun sonlarında “Zirə”nin futbolçusu qırmızı vərəqə aldı və 10 nəfərlə mübarizə apardılar. Lakin yenə qol vura bilmədiniz.

- Rəqib  azlıqda qaldıqdan sonra hücuma çıxmadı və müdafiədə daha da yaxşı oynadı. 11 nəfərlə olanda komanda başqa cür oyun göstərir. Amma bir nəfər əksik olduqda məşqçi meydana hücumçunun yerinə müdafiəçi buraxır və komanda tam olaraq geriyə çəkilir. Buna görə də qol vura bilmədik.

- “Qəbələ” bu gün AZAL-la heç-heçə etdi, iki xal itirdi. Qələbə qazansaydız, liderliyinizi daha da möhkəmləndirə bilərdiniz.

- Bu məlumatı oyun başlayanda aldım. Həmin matçdakı nəticənin bizə hansısa təsir etdiyini deməzdim. İlk hissəyə baxa bildik. Komanda yoldaşlarımın çoxu nəticəni bəlkə də indi öyrənirlər.

- “Qəbələ” ilə apreldəki oyunu final adlandırmaq olarmı?

- Final oyunu deməzdim, qarşıda hələ çox oyun var. Hər tur nəticələr dəyişə bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail