Böyükağa Hacıyev: "Mən millidə olsam, Nizamini dəvət edərəm" - MÜSAHİBƏ

23.03.2017 | 4541 dəfə oxunub

Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin müsahibəsi:

-    Millimizi Almaniya ilə oyun gözləyir. Robert Prosineçkinin heyətə cəlb etdiyi futbolçular barədə nə söyləyə bilərsiz?

-    Robert Prosineçkinin müsbət cəhətləri var, qorxaq məşqçi deyil. Almaniyanın gücü hamıya məlumdu, ağır komandadı. Yoahim Löv kimi məşqçiləri var. Amma istənilən komanda ilə oynamaq mümkündür. Heç-heçə də bizə sərf edir. İnanıram ki, Robert Prosineçki bu oyunda öz sözünü deyəcək.

-    İnanırsız ki, Azərbaycan millisi Almaniya ilə heç-heçə edə biləcək?

-    Bəli, inanıram.

-    Bir çoxları hesab edir ki, Almaniya Azərbaycanı darmadağın edəcək...

-    Onu kim deyir? Mən də deyirəm ki, böyük hesab olmayacaq. Azərbaycan – Almaniya görüşündə darmadağın olmayacaq. Öz fikirlərimi bildirirəm.

-    4 oyundan sonra 7 xal toplamışıq. Seçmə mərhələni neçə xalla başa vura bilərik?

-    Fikrimcə, 12-13 xal toplaya bilərik.

-    Klublarında yaxşı oyun nümayiş etdirən Nizami Hacıyev, Coşqun Diniyev və digər futbolçular milliyə dəvət almırlar. Prosineçki bildirib ki, Nizami mənim futbol fəlsəfəmə uyğun gəlmir. Siz bu haqda nə söyləyə bilərsiz?

-    Futbolda belə hallar var, səhv demir. Bütün futbolçular məşqçinin sevimlisi ola bilməz. Bəli, mən də oxumuşdum. Elə futbolçu var ki, hamı onu sevir, amma mən bəyənmirəm. Robert Prosineçkini qınamayın.

-    Söhbət Prosineçkinin Nizami Hacıyevi sevib-sevməməyindən getmir. Hazırda yaxşı formada olan oyunçular qıraqda qalıb. Nizami “İnter”i çiynində danışır. Sizcə, Nizami haqq etmir millini?

-    Mən millidə olsam, Nizamini dəvət edərəm. Çünki Nizami mənim futbol fəlsəfəmə uyğundu. Yəqin ki, Prosineçkinin fəlsəfəsinə uyğun gəlmir.

-    8 komandalı çempionat haqda nə söyləyə bilərsiz?

-    Azərbaycan çempionatı sönüb. 4-5 il əvvəlki vaxta fikriniz getməsin.

-    Çempionat maraqlı deyil?

-    Çempionatın "bir qram" da marağı yoxdu. Çünki Azərbaycanda futbol sönüb.

-    İndiki “Neftçi”ni bəyənirsiz?

-    Xeyr! “Neftçi”nin 5-ci pillədə olması xoşagələn hal deyil. Mənim dövrümdəki “Neftçi” ilə indikini heç müqayisə etmək olmaz. Bir tərəfdən Flavinyo və Araz Abdullayev, irəlidə Kanales, arxa xəttdə Mitreski və Bertuççi kimi futbolçular var idi.

-    İndi Uqo Barqas, Herrera, Zdenek Folprext kimi legionerlər var...

-    Mən yüksək səviyyəli legionerləri nəzərdə tuturam. Bu kimi oyunçulara bərabər olan yerli futbolçularımız var.

-    Hazırda sizə təkliflər var?

-    Xeyr, gözləyirik.

-    İran və Rusiyadan təkliflərin olduğu yazılırdı...

-    İranda vəziyyət Azərbaycandakından da pisdi. Digər təklifləri də gözləyirik.

Sportal



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail