Yoahim Löv: "Azərbaycan millisi müdafiədə çox etibarlı oynayırlar"

25.03.2017 | 2773 dəfə oxunub

“Məqsəd aydındır. Bura 3 xal qazanmaq üçün gəlmişik. Yaya kimi heç bir matçda xal itirməyi düşünmürük”.

Stadium.az xəbər verir ki, bu sözləri Almaniya millisinin baş məşqçisi Yoahim Löv DÇ-2018-in seçmə mərhələsində yığmamızla sabah keçiriləcək oyun üçün təşkil olunan mətbuat konfransında deyib.

- Zədəli futbolçuların durumu necədir?

- Sözsüz ki, problemlərimiz var. Sami Xedira, Yulian Darksler və Mario Qomesin müəyyən problemi olsa da, oynaya bilərlər. Yalnız Məsut Özilin oynayıb-oynamayacağı dəqiq deyil. Müalicəsi davam edir.

- İngiltərə ilə oyunda qapıda Ter Ştegen idi. Sabahkı oyunda qapını kimə əmanət edəcəksiz?

- Hələ qərar verilməyib. Ter Ştegen İngiltərə ilə oyunda özünü çox yaxşı göstərdi. Amma hələ bilmirik ki, sabah qapını kim qoruyacaq. Hər üç qapıçımız yaxşıdır. Son məşqdən sonra qərar verəcəyik.

- Azərbaycan millisinə qarşı iki dəfə oynamısız. Rəqibinizdə hansı fərqlər var?

- Ümumiyyətlə, komanda haqda dediklərimizi bütün ölkəyə də şamil edərik. Ölkədə böyük dəyişiklik hiss olunur. Komanda da çox inkişaf edib. Həm futbolçuların keyfiyyətləri, həm də taktiki baxımdan. Nəticələrə baxanda da inkişaf hiss olunur. Müdafiədə çox etibarli oynayırlar. Azərbaycan millisini inkişaf baxımından çox pozitiv görürəm.

- Antonio Rüdigeri sabah oynatmağı düşünürsüz?

- Sabah yəqin ki, Mats Hummelsin yanında Benedik Hövedes oynayacaq.

- Andre Şürrleni milliyə dəvət etsəz də, klubunda çox şans qazanmır...

- Şürrlenin klubunda oynamaması heç də yaxşı hal deyil. O, özünü məşqlərdə yaxşı tərəfdən göstərir. Klubunda mütəmadi olaraq şans qazanmayan başqa oyunçular da var. Məsələn, Kimmix. Ancaq buna görə onları kənarda saxlamaq olmaz.

- Sabah kapitan kim olacaq?

- Komandanı meydana kapitan kimi Sami Xedira çıxaracaq. Çünki o, əsl peşəkar və liderdi. Məncə, kapitanlığa ən uyğun futbolçu məhz odur.

- Bəzi futbolçuların millidə oynamağa həvəsli olmadığı deyilir...

- Mənim müşahidəm ondan ibarətdi ki, oyunçular milliyə həmişə sevinə-sevinə gəlirlər. Məncə, yığmada oynamaq hər bir oyunçu üçün əsasdır. Hətta bəzi futbolçular kənarda qaldıqlarına görə inciyirlər.

- Mario Qomes yaxşı formadadı. Onu start heyətdə meydana buraxacaqsız?

- Qomes son oyunlarda yaxşı təsir bağışlayır. Ona görə də matça ilk “11-lik”də başlayacaq.

- Azərbaycan millisinin qrupda ikincilik şansını necə dəyərləndirirsiniz?

- Ümumi götürsək, 4 oyuna 7 xal yaxşı başlanğıcdır. Hər şey Çexiya və Şimali İrlandiya ilə oyunlarda müəyyənləşəcək. İkincilik şansları var. Niyə də olmasın?



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail