Ramil Şeydayev: "Qol vurmadığım üçün narazı idim" - MÜSAHİBƏ

27.03.2017 | 2642 dəfə oxunub

Azərbaycan komandasın hücumçusu Ramil Şeydayev Almaniya ilə matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Çox yaxşı oynadıq. Öz oyunumuzu bəyəndim. Almaniya elə komandadır ki, onlarla matçda səhv etməməlisən. Məğlubiyyətə baxmayaraq yaxşı oynadığımızı düşünürəm. Heyf ki, uduzduq. Bu gün almanlar bizdən güclü idi.

- Daha yaxşı nəticə üçün nə çatmadı?

- Rəqibimiz Almaniya idi. Bu yığma istənilən komandaya 3-4 qol vura bilər. Onlara qarşı oynamaq ağırdır.

- Meydanı tərk edəndə narazılığın nə ilə əlaqədar idi?

- Qol vurmadığım üçün narazı idim. Gərək hücumçu qol vursun ki, komandası da qələbə qazansın. Amma bu dəfə alınmadı.

- Şimali İrlandiyaya qarşı Bakıdakı görüşdən hansı nəticə ilə ayrılmağı planlaşdırırsınız?

- Əgər Almaniyaya qarşı oynadığımız kimi oynasaq, məncə, yaxşı nəticə qazanacağıq. Bugünkü kimi oynasaq, Şimali İrlandiya, Norveç və San-Marinonu Bakıda məğlub edə bilərik.

- Atmosfer necə idi, azarkeşlər haqda nə deyə bilərsən?

- Hər şey əla idi. Azarkeşlərə təşəkkürümü bildirirəm ki, gəlib bizə dəstək oldular. Təəssüf ki, meydanı məğlub tərk etdik.

- Rəşad Sadıqov sənə meydanda tez-tez nəsə deyirdi...

- Məğlub durumda olanda daha çox pressinq etməli idik. Almaniyanın yarımmüdafiəsinin mərkəzində isə Toni Kroos oynayırdı və onlara qarşı oynamaq çətin idi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail