Elxan Abdullayev: "Bu məğlubiyyəti yubileylə əlaqələndirmək lazım deyil" - MÜSAHİBƏ

02.04.2017 | 3641 dəfə oxunub

Bu gün Azərbaycn Premyer Liqasının 24-cü turunun oyununda “Neftçi” səfərdə “Sumqayıt”a 2:0 hesabıyla məğlub oldu. Stadium.Az xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Elxan Abdullayev  qarşılaşma barədə belə danışıb:

- Rəqibi təbrik edirəm. "Sumqayıt" bizim etməli olduğumuzu etdi. Hələ mövsüm başa çatmayıb. Sonadək vuruşacağıq.

 
- "Neftçi"nin 80 illik yubileyində adınızın tarixə qara hərflərlə düşəcəyindən ehtiyatlanmırsınız?

- Bu məğlubiyyəti yubileylə əlaqələndirmək lazım deyil. "Mançester Yunayted"in də 100 ildən çox yaşı var. Amma "Lester" gəlib çempion olub. Bu, faktdır. Ən pis baş məşqçi də sayıla bilərəm, ən yaxşı da. Yenə çalışacağam. Necə alınacağına azarkeşlər və siz qiymət verəcəksiniz. Mən komandanı birinci pillədən götürməmişəm ki... Mən qaçmıram, heç nədən də qorxmuram. Özüm cavab verəcəyəm. 
 
- Oyun gedə-gedə azarkeşlə polemikaya girmişdiniz...

- Azarkeşi sakitləşdirirdim. Deyirdim ki, qoy, futboldayıq, oyunumuza nəzarət edək. Oyundan sonra nə qədər istəsəniz, danışarıq.
 
- Oyun başa çatdıqdan sonra azarkeşlər futbolçuları çağırdılar. Siz ora niyə getmək istəmədiniz?

- Orada nə tələb olunacağını bilirəm. Ona görə də getmək artıq idi.  
 
- Nəticədən başqa sizi nə qane etmədi?

- Gücü bölüşdürmək lazımdır. Bu gün 0:0 hesablı heç-heçə bizə heç nə vermirdi. Ona görə də var gücümüzlə hücuma atıldıq. "Qarabağ"la oyunda statistika bizim tərəfdə idi. Axırda 0:2 hesabı ilə uduzduq. Bu gün də statistika eyni idi. Problemləri bilirəm. Aradan qaldırılmasına vaxt lazımdır. Bir məşhur boksçu hamını udur, axırda kimsə onu nokauta salır. Hamı gözləyir ki, bir daha nə vaxt ayılacaq. Mən də bu komandanı quyudan qaldırıram. "Neftçi" yaxşı vəziyyətdə deyildi ki?! Bu komanda hələ yarımfabrikatdır. Məndən sonra "Neftçi"yə kim gələcəksə, ona vaxt lazımdır. Kaxaber Sxadadze və Qurban Qurbanova vaxt verilib, onlar özlərini doğruldublar. 
 
- Cavid İmamverdiyevin çıxışından razı qaldınız?

- İmamverdiyev yaxşı oynamaq üçün onun mövqeyində ən azı iki yerli oyunçu olmalıdır. Deyirlər ki, "Qarabağ" bizə qarşı 11 yerli futbolçu ilə oynadı. Amma gəlin görək, onların oyunçusu ilə bizimkilər eyni maaşı alırmı? Cavid ən yaxşı yerli oyunçulardan idi. Amma özü özünü bu vəziyyətə saldı. Səbəbi onun özündən soruşun. Uduzandan komanda şəklində uduzuruq. Bu gün Maksim Vaylo 2 səhv etdi. Günahı onun üzərinə yıxaq?



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail