Tərlan Əhmədov: "Biz oyunumuza görə sonuncu pillədə deyilik"

02.04.2017 | 4046 dəfə oxunub

Bu gün Azərbaycn Premyer Liqasının 24-cü turunun oyununda AZAL səfərdə “İnter”ə 2:1 hesabıyla məğlub oldu. Stadium.Az xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Tərlan Əhmədovqarşılaşma barədə belə danışıb:

- Komandamın oyunundan zövq aldım. Rəqibi təzyiq altında saxladıq. Ancaq bu, nəticəyə təsir etmədi. Standard vəziyyətlərdə diqqətsizliyin qurbanı olduq. Ümumilikdə, bu gün yaxşı çıxış etdik. Təəssüf ki, məğlub olduq. Bundan sonra necə olacağını mən də bilmirəm. Komandanın oyununda yüksəliş var.

- Çempionatda sonuncu yer tutmağınız qətiləşdi. Əziyyətinizə heyfiniz gəlmir?

- 2 il bundan əvvəlki mövsümə görə təəssüflənirəm. Yaxşı komanda qurmuşduq, amma uşaqların hərəsi bir tərəfə dağıldı. Sonuncu pillədə olmamalı idik. Deməli, bu, bizim alnımıza yazılıb. Sonuncu yeri tutmağımız nə mənə, nə də uşaqlara görə oldu. Obyektiv olanlar başa düşərlər ki, biz oyunumuza görə sonuncu pillədə deyilik. Əgər bir komanda çempionluq istəyirsə, bunu xadiməçidən tutmuş, prezidentə qədər hər kəs istəməlidir.

- Bizdə hər dəfə olmur ki, sonuncu pilləni tutan komanda diviziona yuvarlansın. Fərqli qərarların şahidi olmuşuq. Bu dəfə AZAL-ı elitada saxlayacaqlarına inanırsız?

- Bu barədə heç bir məlumatım yoxdur. Heç fikirləşmirəm də. Bu, mənim işim deyil. Hansı qərarların qəbul olunacağını bilmirik. Son oyunlarda bir neçə qələbə qazanmaq istəyirik. Biz də gözləyirik.

- AZAL-ı birinci divizionda da çalışdırarsız?

- Fikrət Hüseynovla birlikdə cavanlıqda futbol oynamışıq. Son iki ildə komandanı atıb getmədim. Birinci diviziona düşsək, hər şey büdcədən asılıdır. Əgər büdcə yenidən elitaya çıxıb, yaxşı mübarizə aparmaq üçün yetərli olsa, bəli, çalışdıraram.

- Bəs, bir məşqçi kimi sizin taleyiniz necə olacaq?

- Açıq deyim, təkliflərin olduğunu eşidirəm, amma real heç nə yoxdur. Aqibətimin necə olacağını bilmirəm. Amma fikrimi qalan oyunlara yönəltmişəm.

- Niyə yeni-yeni yaranan, maliyyə imkanları yaxşı olan komandalar, eləcə də "Neftçi" Tərlan Əhmədova ehtimad göstərmir? Məgər siz Elxan Abdullayevdən zəif məşqçisiz?

- Bu barədə heç nə deyə bilmərəm. Hər klubun öz strategiyası var. Bu sualı onlara versəniz, daha yaxşı olar. Mən öz işimin başındayam. 3 futbolçumuz U-21-dədir, digər üçü də U-23-ə cəlb olunub. Aqil Məmmədov da əsas millimizdə çıxış edir. İşimiz də göz qabağındadır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail