Qurban Qurbanov: "Hələ dəqiq qərar verilməyib" - MÜSAHİBƏ

02.04.2017 | 3468 dəfə oxunub

Bu gün Azərbaycn Premyer Liqasının 24-cü turunun oyununda “Qarabağ” doğma meydanda “Kəpəz”i 2:1 hesabıyla məğlub etdi. Stadium.Az xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Qurban Qurbanov qarşılaşma barədə belə danışıb:

- Bəlkə də çempionatın ən gərgin oyunlarından biri oldu. Oyunun əvvəlində hesabda geri düşdük. Çempionat sona yaxınlaşdıqca futbolçulasrda həyəcan çox olur. Ehtiyatlı olmalıyıq. Çox vacib 3 xal qazandıq. Ağır qrafikdəyik. Futbolçularda yorğunluq yaranır. Buna baxmayaraq, futbolçularım düzgün oynamağa çalışdılar. Hər birini təbrik edirəm.

- Qəbələdəki oyundan xəbəriniz var idi?

- Oyun bitdikdən sonra "Qəbələ"nin nəticəsindən xəbərim oldu. Bu barədə düşünmürdük. Əsas diqqətimiz öz oyunumuzda idi.
 
- "Qəbələ" ilə oyunu Tafiq Bəhramov adına Respublika Stadionda oynamaq olar?

- Öz stadionumuzun durumu tam ideal deyil. Ola bilər ki, həm "Neftçi" ilə , həm də "Qəbələ" ilə oyunu burda oynayaq. Hələ dəqiq qərar verilməyib.
 
- "Neftçi" kuboka cavab oyununda “Qarabağ”a 3 qol vuracağını deyir. Siz bu barədə nə söyləyə bilərsiz?

- Futbolda gözlənilməz nəticələr çox olur. Futbolçularmız əvvəlki oyunda daha çox məsuliyyətli olacaqlar. "Neftçi" təhlükəli komandadır. Həddindən artıq diqqətli olmalıyıq. "Neftçi" bizdən daha sərbəst oynayacaq. Çünki onlar mütləq qələbə qazanmalıdır. 
 
- Elşən Abdullayevi gələcəkdə də meydanda görə biləcəyik?

- Elşən 9 aydır rəsmi oyuna çıxmırdı. Bu, futbolçu üçün uzun müddətdit. Bu yaşda çempionluğa oynayan komandada oynamaq çətindir. Onun çox oynamasına ehtiyac var. Ona güvənirəm. İstedadlı futbolçudur.
 
- Mövsümün əvvəlində "Qarabağ"ın heyətinin geniş olduğu deyilirdi. Amma bu gün zədəli futbolçuların çoxluğu diqqəti cəlb edir. Buna süni örtüklü stadionların təsiri var?

- Mənim yadıma gəlmir ki, son illərdə bu qədər zədəli futbolçumuz olsun. Heç düşünmədiyimiz anda futbolçular zədələnir. Sıx qrafik olanda zədələr üzə çıxır. Meydan amilinin də zədələrdə rolu var. Təəssüf ki, hazırda çıxış yolumuz yoxdur. Bununla barışmalıyıq.
 
- Meydança məsələsinə görə AFFA İcraiyyə Komitəsində təklifləriniz olub?

- Bəli, təkliflərim olub. Bir neçə stadionda yeni ot örtükləri salınacaq. Bundan başqa Gəncə stadionunun otu dəyişdiriləcək.
 
- "Qarabağ"ın heyətində hansı çatışmazlıqlar var?

- Nə qədər yaxşı olsaq da, yenə çatışmazlıqlar olur. Bizdə də belə amillər var. Dəyişikliklər də etmək istəyirik. Bu il fasilədə vaxtımız daha çox olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail