Miçel: "Matça pis başladıq" - MÜSAHİBƏ

03.04.2017 | 3270 dəfə oxunub

“Qarabağ”ın yarımmüdafiəçisi Miçel Markos Madera Azərbaycan Premyer Liqasının 24-cü turunda “Kəpəz”i məğlub etdikləri (2-1) oyundan sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Hesabda geri düşmənizə baxmayaraq, 2 qol vurub qalib gəldiniz...

- Qol vurduğum üçün şadam. Matça pis başladıq. İlk dəqiqələr bizim üçün çox çətin idi. Qol buraxdıqdan sonra toparlana bildik və öz oyunumuzu tapdıq. Artıq hər oyunun asan olmadığını bilirik. Üç xal qazandığımız görə sevinirəm. Çempionluq yolunda daha bir addım atdıq. Bundan sonra fikrimizi kubok oyununa yönəldəcəyik.

- Qeyd etdiyin çətinliyin səbəbi nə idi? Futbolçulardakı yorğunluq, yoxsa aparıcı futbolçularınızın meydanda olmaması?

- Düzdür, yorğunluq ola bilər. Çünki üç gün əvvəl “Neftçi” ilə kubok matçında qarşılaşmışdıq. Mövsümün sonuna az qalıb, sıx qrafikdə oyunlara çıxırıq. Ona görə də ilk dəqiqələrdən belə problemlər yaranır. Çalışacağıq ki, növbəti oyunlarda eyni çətinlikləri yaşamayaq.

- Çempionluq uğrunda əsas rəqiniz “Qəbələ” bu gün “Zirə” ilə heç-heçə etdi. Xal fərqiniz 4 oldu və liderliyinizi möhkəmləndirdiniz..

- İstənilən halda, əsas rəqibin xal itirməsi müsbət emosiyalar yaradır. Çempionatın sonuna 4 oyun var. “Qəbələ” ilə öz meydanımızda da qarşılaşacağıq. Bu oyunlardakı büdrəmə bizi çempionluqdan məhrum edə bilər. Hədəfimizə çatmaq üçün bütün oyunlarda maksimum nəticə qazanmalıyıq.

- Düşünürsən ki, xal fərqinin 4-ə qalxması “Qəbələ” ilə oyundakı prinsipiallığı azaldır?

- Xeyr. Qətiyyən belə düşünmürəm. Hələ qarşımızda oyunlar var. Bu oyunlarda fərqli nəticələr qeydə alına bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail