Qara Qarayev: "Lokomotiv"ə geyməyi çox istəyirəm" - MÜSAHİBƏ

06.04.2017 | 4556 dəfə oxunub

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev “Neftçi” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Oyun haqda nə deyə bilərsiniz?

- İlk matçda əlverişli nəticə əldə etmişdik. Buna baxmayaraq, bizi çətin duelin görzlədiyini bilirdik. “Neftçi” yaxşı rəqibdi və oyunun nəticəsini hər dəqiqə dəyişə biləcək gücdədi. Heyətlərində yaxşı futbolçular var. Biz də çalışdıq qol buraxmayaq. Buna da nail olduq. Zədəli oyunçularımız var. Ona görə də meydana fərqli heyətlə çıxmışdıq. “Qarabağ”lıları təbrik edirəm. Bizim üçün vacib olan final yox, həftəsonu çempionat oyununda “Qəbələ” ilə keçirəcəyimiz qarşılaşmadı.

- Kənardan oyunun “Qarabağ” üçün daha asan keçdiyi görünürdü. “Neftçi” meydana çıxmamışdan əvvəl sanki taleyi ilə barışmışdı...

- Rəqib haqda danışmaq istəmirəm. Onlar ilk hissədə çalışdılar qol vursunlar. Çünki hesabı açsaydılar, motvasiyaları artacaqdı.

- Bəs əvəzlənməyinizin xüsusi səbəbi varmı?

- Baş məşqçim istirahət etməli olduğumu dedi. Yəqin çox oyun keçirdiyimiz üçün belə qərar verdi.

- Son günlərdə “Lokomotiv”ə keçidiniz gündəmi zəbt edib. Hətta Moskva təmsilçinin baş məşqçisi Yuri Syomin sizinlə maraqlandıqlarını gizlətmir. Konkret təklif almısınızmı?

- Syominin fikirləri ilə tanışam, amma rəsmi təklif almamışam. Təklif alsam, klubumun nümayəndələri ilə birgə söhbət edəcəyik.

- Konkret meneceriniz varmı?

- Bu işlə məşğul olacaq adamım var. Amma klubum olan yerdə menecerin müdaxiləsi düzgün deyil. Klubum nə desə, ona uyğun hərəkət edəyik.

- Yayda “Qarabağ”la müqaviləniz başa çatacaq. Bəs “Lokomotiv”dən konkret təklif gəlsə, dəyərləndirəcəksiniz?

- Çox istəyirəm getməyi. Ailəmədə bəzi məsələlər var, onu qaydasına salmağa çalışıram. Əgər konret təklif alsam və məni qane edəcək müqavilə şərtləri təklif edilsə, mütləq gedəcəm. Müqavilənin şərtləri çox vacibdi. Bu yalnız maddi məsələlərlə bağlı deyil. Oynamağım, qalmağım və s. həllini tapmalıdı.

- Kimsə sizə əsas heyətdə təminat verməcəyək axı...

- Ehtiyatda oturmağa da razı olmaram. “Lokomotiv” Rusiyanın ortabab klubudu, amma mənim üçün böyük “pəncərədi”. Təklif rəsmiləşəcəyi təqdirdə məmnuniyyətlə oynayacağım klubudu.

- Başqa təkliflər varmı?

- Var, amma danışıq aparmırıq. Çünki ən ciddi təklifi “Lokomotiv”dən gözləyirəm. Artıq baş məşqçiləri də mənimlə maraqlandıqlarını açıqlayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail