Yaşar Vahabzadə: "Əsas məqsədimiz qrupdan çıxmaqdır" - MÜSAHİBƏ

07.04.2017 | 3310 dəfə oxunub

IV İslam Həmrəylik Oyunlarında iştirak edəcək 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandamızın baş məşqçisi Yaşar Vahabzadə püşkatmadan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Püşkatma haqda fikriləriniz necədir?

- İştirakçı komandaların hamısına hörmətlə yanaşmaq lazımdır. Bütün komandalar iddialıdır və biz də iddiamızı ortaya qoyacağıq. Qrupumuz çox güclüdür. Ən güclü komandalar da bizim qrupa düşdülər. Buna baxmayaraq, doğma divarlar arasında oynayacağıq və azarkeşlərimizin də dəstəyi olacaq. Yaxşı oyunla yaxşı nəticələr qazanmağa çalışacağıq. 

- Reqlamentə əsasən hər komandada 23 yaşdan yuxarı 3 futbolçunun xidmətindən istifadə edə bilərsiz. Onlar kim olacaq?

- Azərbaycan çempionatı davam edir və hələ mayın 5-də kubokun final oyunu var. İlk oyunumuz mayın 8-də olacaq. Diqqətimizdə 3 yox, 6-7 namizəd oyunçu var. Təki istədiyimiz oyunçuların zədəsi olmasın, sağlam olsunlar. Yəqin ki, yaxınlarda onların adları açıqlanacaq. 

- Sizcə, qrupun favoriti hansı komadadır?

- Məncə, favorit Kamerun millisidir. Mənə elə gəlir ki, ən güclü komanda budur.    - Hazırlıq planı necə olacaq? - Yoldaşlıq oyunları planlaşdırmırıq. Aprelin 29-da çempionat başa çatır. Biz tam heyətlə mayın 7-də məşq edəcəyik. Çünki kubok finalı olacaq. "Qarabağ” və "Qəbələ”nin oyunçuları mayın 6-da bizə qoşulacaqlar. Yoldaşlıq görüşlərinə vaxt da qalmır. Mayın 8-də yarışlar başlayır. 

- Qrupdan çıxmaq şansımız var?

- Əsas məqsədimiz qrupdan çıxmaqdır. Sonrasına isə baxarıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail