"Heyətdə ciddi dəyişikliklər olacaq" - Qurban Qurbanov

10.04.2017 | 4620 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 25-ci  turunun "Qəbələ"ylə oyunundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Çox gərgin oyun oldu. Son vaxtlar belə maraqlı, mübariz oyun olmamışdı. Hər iki komanda qələbəyə oynadı. Futbolçularımız belə məsuliyyətli matçda özlərini yaxşı tərəfdən göstərdilər. Diqqətimiz qarşıdakı görüşlərədi.

- Qəbələdəki oyunların birindən sonra Dino Ndlovu demişdi ki, Suraxanıdakı matçda stadionu rəqib üçün cəhənnəmə çevirəcəyik. Buna nə qədər nail oldunuz?

- Bura Suraxanı deyil, Tofiq Bəhramov adına Respublika stadionudu (gülür).

- Bu mövsüm çempionat daha tez bitəcək. Təlim-məşq toplanışı ilə bağlı planlarınız varmı?

- Hələ bu barədə düşünmürəm. Bəlkə də, belə gərgin çempionat olmamışdı. Avrokubok matçlarının çoxunda belə gərgin olmamışam. Açığı, mən istərdim ki, 8 yox, 16 komandalı çempionat keçirilsin. Amma reallığı da nəzərə almaq lazımdı. AFFA rəhbərliyi də 8 komandanın az olduğunu bilir. Amma onlardan asılı olmayan səbəblər də var. Bu fasilə futolçulara yaxşı istirahət şəraiti yaradacaq. Futbolçular 4 il ərzində çox sıx qrafiklə oynadılar. Bugünkü zədələr elə-belə deyil. Hamısı yüklənmədən, gərginlikdən yaranır. Yaxşı istirahətə ehtiyac var. Son görüşdən sonra 3-5 gün ərzində düşünəcəyik toplanış məsələsini.

- Riçard Almeydanın durumu nə yerdədi?

- Ağrıları azalıb. Vəziyyəti normaldı. Qarşıda hələ bir neçə gün vaxtımız var. “İnter”lə oyuna yetişə bilər.

- Mövsümün sonunda heyətdə ciddi dəyişiklik olacaqmı?

- Bəli, heyətdə ciddi dəyişikliklər olacaq. Çalışacağıq futbolçularımızın sayını artıraq.

- Qara Qarayevin müqavilə müddəti mövsümün sonuna qədərdi. Onun gələcək taleyi necə olacaq?

- Qara qarabağlıdı. Müqavilə ilə bağlı problem yoxdu. Ümumiyyətlə, müqavilə yenilənəcək futbolçular çoxdu. Amma buna görə narahat deyilik. Çünki futbolçular bizə, biz də onlara güvənirik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail