Tərlan Əhmədov: "Sözlə ifadə etmək çətindir"

10.04.2017 | 3879 dəfə oxunub

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 25-ci turunda "Sumqayıt"a 1:2 hesabı ilə matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- "İnter"lə oyunda sonra bəlli idi ki, 7-ci yer uğrunda heç bir şansımız yoxdur. Ancaq futbolçulara son ev oyunumuzu qələbə ilə başa vurmaq tapşırığını vermişdim.

- Qalan 3 oyunda hədəfiniz nə olacaq?

- Çalışacağıq ki, son turlarda qələbə qazanaq. Bəzi futbolçular potensialından aşağı çıxış edir. Futbol elə bir oyundur ki, istək hər şeydən üstündür. Bu olmasa, nəticə qazanmaq mümkün deyil. Ötən mövsüm komandadan çox futbolçuları göndərdim. Ancaq gərək onları saxlayardım.

- Bu gün 3 müdafiəçi ilə oynadınız. Səbəb nə idi?

- 3-5-2 sxemi ilə oynayırdıq. Bu oyun üçün sırf 18 futbolçum var idi. Tural Hümbətovu mart ayından komandadan göndərmişəm. Mənim icazəm olmadan Rusiya klublarından birinə baxışa gedib. Məndə əsas nizam-intizamdır. Qalib gəlmək üçün 2 hücumçu ilə oynayırdıq.

- Komanda uduzsa da, döyüşkən futbol oynayır. Maraqlıdır, baş məşqçi kimi Tərlan Əhmədov komandanı oyuna hazırlayarkən futbolçuları necə motivasiya edir?

- Sözlə ifadə etmək çətindir. Bunu bir Allah bilir. Maddi vəziyyətimiz elədir ki, heç deyiləsi deyil. Özüm də az qalıram meydana çıxam.

- Maraqlıdır, bu durumla mövsümün əvvəli olsaydı, nələri dəyişərdiniz?

- Mən artıq burada olmayacaqdım. İndiki heyəti yaydan yığa bilsəydim, tamamilə başqa olardı. Artıq son turları gözləyirəm. Gələn təklifləri dəyərləndirəcəyəm. Roman Qriqorçukun son müsahibəsində oxudum ki, pulsuz hərəkət etmək olmur.

- Yəni demək istəyirsiniz ki, pulsuz "Qəbələ"ni çempionluqdan etdiniz?

- Az büdcə ilə nəsə eləmək olar, amma bu, müvəqqətidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail