"Kəpəz"in kapitanı: "Məncə, penaltilər ifamda pis alınmır" - MÜSAHİBƏ

11.04.2017 | 1443 dəfə oxunub

“Kəpəz”in kapitanı Tural Axundovun klubun rəsmi saytına müsahibəsi:

- Tural, ilk öncə tarixi derbi haqda fikirlərini bilmək istərdik...

- “Kəpəz” və “Neftçi” arasındakı əzəli rəqabəti nəzərə alaraq oyunun gərgin keçəcəyini bilirdik. Azarkeşlər arasında da matça maraq böyük idi. Komanda olaraq qələbə qazanmağa söz vermişdik. Çünki bizi başqa nəticə qane etmirdi. Elə bundan sonrakı oyunlarda da fikrimiz yalnız qələbəyə yönəlib. Görüşdən üç xalla ayrıldığımıza görə şadıq. Gücümüzü bir daha göstərdik. Rəqib üzərində bu mövsüm ikinci qələbəmizi qazandıq. 

-  İki qol vuracağını gözləyirdin?

- Oyundan öncə komanda yoldaşlarımdan Kərim Diniyev və Şəhriyar Rəhimova qol vuracağımı hiss etdiyimi demişdim. Amma iki dəfə fərqlənəcəyimi gözləmirdim. Təbii ki, dubl etdiyim üçün xüsusi sevindim. Vurduğum qolların “Kəpəz”ə qələbə qazandırması isə lap əla oldu. 

- Hər iki qolu qapının eyni küncünə vurdun, bunu əvvəlcədən planlaşdırmışdın, yoxsa belə alındı?

- Hər dəfə belə zərbələr zamanı rəqib qapıçını aldatmağa çalışıram. İkinci zərbə zamanı “Neftçi”nin qolkiperi bu dəfə elə bildi ki, topu əks tərəfə vuracam. Onun hərəkətini gördüm və topu yenə eyni küncə göndərdim.

- Qol vurandan sonra əksər vaxtlarda qol sevincini meydanı öpərək qeyd edirsən, bunun mənası nədir?

- Çox adam elə bilir ki, səcdə edirəm. Amma elə deyil, sadəcə, çörəkpulumuz meydandan çıxır deyə qazonu öpməklə meydançaya minnətdarlıq edirəm. 

- İkinci penalti zamanı deyəsən zərbəni Dario Frederiko və ya Julien Ebah vurmaq istəyirdi. Aranızda nə danışdız?

- Yox, Ebah topu əlinə alıb mənə zərbəni “sən vur” söylədi. Dario isə 11 metrliyi kimin yerinə yetirəcəyini soruşdu. Ona topun başına keçməsinə etiraz etməyəcəyimi bildirdim. Frederiko isə “sən vursan yaxşı olar” dedi. Uşaqlar bilir ki, mən belə zərbələr zamanı çox rahat oluram. Bir-birimizi tez başa düşdük. 

- Cari mövsüm penaltidən vurduğun qolların sayını 4-ə çatdırdın. Yəqin ki, məqsəd daha çox fərqlənməkdir.

- Əlbəttə, hər bir futbolçu qol vurmağı arzulayır. Bu mövsüm beş qol vurmuşam, hamısını da standart vəziyyətlərdən. Qollardan dördünə 11 metrlik cərimə zərbəsindən imza atmışam. Onu da deyim ki, karyeram ərzində ilk dəfə idi ki, bir oyunda iki dəfə fərqlənirdim. 

- Səni artıq “Kəpəz”in ştatlı penalti vuranı hesab etmək olar?

- 11 metrlik zərbələr zamanı hələ ki, dəqiq oynayıram. Məncə, penaltilər ifamda pis alınmır. Məsuliyyət böyükdü, razıyam. “Kəpəz” elitaya yeni çıxanda Ərzurumda təlim-məşq toplanışda idik. Məşqdə penaltilər üzərində işləyəndə baş məşqçimiz Şahin Diniyev gördü ki, mən vəziyyətlərdən daha yaxşı istifadə edirəm. Elə mövsümün əvvəlindən də bu zərbələr mənə həvalə olunmuşdu. İnam var və hələ ki, ümidləri doğrulduram. 

- Cinah müdafiəçisi olmağına baxmayaraq son oyunlar dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edirsən. Oyunun alınır?

-  Çox çətindi. Bu mövqedə birinci divizionda çıxış edəndə oynamışam, özü də lap az. Çətin olsa da, üzərimə düşəni ən yaxşı şəkildə etməyə çalışıram. Düzdü, dayaq yarımmüdafiəçisi mövqeyi daim təzyiq içində olur, indi bu yerdə oynayan komanda yoldaşlarımı daha yaxşı başa düşürəm. Müdafiənin sağ və sol cinahında çıxış etmək mənim üçün daha rahatdı. 

- Avroliqa şanslarımız haqda nə düşünürsən?

- Şahin müəllim hər dəfə bizə hələ heç nəyin bitmədiyini deyir, elə biz futbolçular da belə düşünürük. Sonadək döyüşməliyik. Bundan sonra bizə heç-heçə də sərf etmir, avrokuboklara vəsiqə qazanmaq istəyiriksə, yalnız qələbə qazanmalıyıq.  

- Bu yolda ilk növbədə “Qəbələ”ni məğlub etmək lazımdır...

- Onlar üçün Gəncədə çox çətin olacaq. Yaxşı hazırlaşıb qələbə qazanmalıyıq. Bunu hamı dərk edir. Ələ düşən fürsətlərdən istifadə edib qol və qollar vurmalıyıq. Axı qol vurmadan qələbə qazanmaq mümkün deyil. 

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

19.02.2018

18.02.2018

22:42  Qra Qarayev: "Vallah, təklif yoxdu" - MÜSAHİBƏ

16:54  "Səbail" - "Qarabağ" - HEYƏTLƏR

14:43  "Kəpəz" - "Keşlə" - HEYƏTLƏR

13:57  "Cenoa" - "İnter" - 2:0 VİDEO

17.02.2018

17:40  "Sumqayıt" - "Neftçi" - HEYƏTLƏR

14:47  "Çelsi" - "Hal Siti" 4:0 VİDEO

14:33  “Qəbələ” - "Zirə" - HEYƏTLƏR

12:54  Əvəzləndi, ağladı - FOTO

16.02.2018

13:21  "Sumqayıt"da ayrılıq - Prezident getdi
   
  O Q H M T-f X
1. Qarabağ 16 13 2 1 26:6 41  
2. Qəbələ 16 11 2 3 30:15 35  
3. Zirə 16 9 4 3 25-14 25  
4. Sumqayıt 16 7 3 6 20:18 24  
5. Neftçi 16 6 1 9 18-18 19  
6. Səbail 16 4 2 10 10-23 14  
7. Keşlə 16 3 3 10 11:25 12  
8. Kəpəz 16 2 1 13 10-31 7  
18.02Kəpəz 0-1Keşlə
18.02Səbail 0-1Qarabağ
17.02Qəbələ 2-1Zirə
17.02Sumqayıt 2-0Neftçi
24.02Neftçi -Zirə
24.02Səbail -Qəbələ
25.02Keşlə -Sumqayıt
25.02Qarabağ -Kəpəz