Tahir Gözəl: "Avropada heç vaxt pul hesabına kimləsə rəqabət edə bilmərik" - MÜSAHİBƏ

16.04.2017 | 3898 dəfə oxunub

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl komandasının "İnter"ə 3:0 hesabıyla qalib gəldiyi oyunda jurnalistlərə çempionluq müsahibəsi verib: 

- Ardıcıl 4-cü dəfə çempion olaraq ilkə imza atdınız...

- Çox sevincliyik. “Qəbələ”nin Gəncədəki sürpriz məğlubiyyəti belə bir imkan yaratdı. Biz də möhtəşəm qələbə ilə çempionluğu təmin etdik. Bütün “Qarabağ”sevərləri, Azərbaycan sevərləri, hər kəsi, hamınızı təbrik edirəm. Oyun da əla alındı, hesabdan da bəlli olur.

- Sizcə, komanda nəhayət 4-cü dəfə ÇL qrup mərhələsinə düşə biləcəkmi?

- Biz bütün imkanlarımızdan istifadə edəcəyik ki, bunu bacaraq. Qurban hoca da əlindən gələni edəcək. Çalışacağıq ki, yaxşı oyunçular alaq. Avropa klubları üçün yenə çox çətin rəqib olacağıq.

- Düşünürsünüzmü ki, budəfəki çempionluq daha çətin başa gəldi? “Qəbələ” çox ciddi rəqib oldu...

- Tamamilə razıyam. “Qəbələ” möhtəşəm rəqib idi. Bu kimi komandalarla rəqabət aparmaq “Qarabağ”ın oyununun inkişafı baxımından çox faydalıdır.

- Çempionluq iki deyil, bir neçə komanda arasında getsə, daha yaxşı olmazdımı?

- Bizim də arzumuz budur ki, önümüzdəki mövsüm daha çox rəqiblə mübarizə aparaq.

- “Qarabağ”da bir ara aşağı yaş qruplarından oyunçular çıxırdı. Rauf, Əfran, Qara... Sanki artıq bu proses dayanıb. Bu məsələyə daha çox diqqət yetirmək fikriniz varmı?

- Deməzdim ki, tamam dayanıb. Bizim aşağı yaşlıların arasında çox istedadlı oyunçular var. Qurban müəllim çox diqqətlə izləyir onları. Ancaq siz də bilirsiz ki, aşağıdan futbolçu çıxartmaq almaz seçmək kimidi. Bir və ya iki oyunçu əsas heyətə kimi yüksələ bilir. Bu, bütün dünyada belədi.

- Bundan əvvəlki 3 mövsümdə “Qarabağ”ın ÇL qrupuna düşməməsinin səbəblərindən biri də transferlərin gecikməsi idi. Bu il belə problem olmayacaq ki?

- Xeyr. Sponsorumuz böyük fədakarlıqla bütün xərcləri qarşılamağa hazırdı. Bizim büdcəmiz stabildi və bunu Qurban hoca da bilir. Qalıb onun öz stilinə uyğun oyunçular seçməsi.

- “Qarabağ” klub olaraq dövlətdən maddi yardım alıbmı?

- Bu günə qədər olmayıb. Biz hesab edirik ki, büdcəmiz bizim üçün kifayətdi. Onsuz da biz Avropada heç vaxt pul hesabına kimləsə rəqabət edə bilmərik.

- Kubokun finalı ilə bağlı düşüncələriniz necədir?

- Matç Naxçıvanda olacaq. Yeni məkandı, yeni azarkeşlər olacaq. Məncə, orda futbola böyük maraq olacaq. Düşünürəm ki, “Qəbələ” bizim üçün həmişə çətin rəqib olub. Çox böyük motivasiya ilə çıxacaqlar bizə qarşı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail