Rəşad Sadıqov: "Heç vaxt qarşımıza məqsəd qoyulmayıb" - MÜSAHİBƏ

16.04.2017 | 3523 dəfə oxunub

"Qarabağ" Premyer Liqada 2016/17 mövsümünün sonuna 2 tur qalmış çempionluğu təmin edib. Stadium.Az xəbər verir ki, Ağdam klubu bunu Premyer Liqanın 26-cı turunda "İnter"lə səfər matçında (0:3) reallaşdırıb. Matçdan sonra "Qarabağ"ın kapitanı Rəşad Sadıqov əməkdaşımızın da suallarını cavablandırıb:

- Çox sevindirici haldır ki, çempion olduq. Bu il bu uğuru qazanmaq çox çətin oldu. "Qəbələ" də çox gözəl və layiqli bir mübarizə apardı. Hər iki komanda çempionluğa layiq idi. Sonda biz daha dəqiq olduq və lazım olan xalları qazandıq. 

- "Qəbələ"nin Gəncədə uduzacağını gözləyirdiniz?

- Bu haqda qəti düşünmürdük. Bunu gözləmirdik. Oyundan əvvəl paltardəyişmə otağında bidlik ki, "Qəbələ" uduzub. Bizim üçün bu motivasiya olduq, çempion ola bilərdik. "İnter"lə də aramızda idman prinsipi var idi. Bu mövsüm bu rəqibi məğlub edə bilməmişdik. Çox ciddi hazırlaşmışdıq. Şükürlər olsun ki, həm qələbə qazandıq, həm də çempion olduq. 

- "İnter"dən revanş almaq üçün alışıb-yanırdız?

- Qəti olaraq onlardan revanş almaq fikrimiz yox idi. "İnter" çətin günlər keçirsə də, çempionata rəng qatır, gözəllik verir. Oyun belə alındı. Bizdə belə istək yox idi ki, rəqibdən qisas alaq. 

- Hansı çempionluq daha şirindi?

- Hamısının öz yeri var. Bu daha çətin qazanıldı. Bu mövsüm çox çətinliklər yaşadıq. İtkilərimiz də çox oldu. Çempionatın qırılma nöqtəsi o oldu ki, 4 oyuna 3 heç-heçə etdilər, halbuki bizdən 6 xal öndə idilər. Çətin çempionluq oldu. Fikirləşməzdim ki, sona 2 tur qalmış çempion olacağıq.

- "Qızıl dubl" edə biləcksiz?                        

- Heç vaxt qarşımıza məqsəd qoyulmayıb. Daha da inkişaf etmək və irəli getmək istəyirik. Əsas gözəl oyun nümayiş etdirməkdir. 

- Artıq Çempionlar Liqası barədə düşünmək olar?

- Kubokun finalından sonra düşünmək olar.

- "Kəpəz" qalib gəlməklə "Qarabağ"a kömək etdi. Növbəti 2 turda onların borcunu qaytarmaq fikriniz var?

- Hazırda 4-5 komandanın şansı var. Həmişə olduğu kimi oyunumuzu oynayacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail