Yaşar Vahabzadə: "...onu da bacardıq" - MÜSAHİBƏ

15.05.2017 | 3266 dəfə oxunub

U-23 millimizin baş məşqçisi Yaşar Vahabzadə İslamiadanın futbol yarışları çərçivəsində Mərakeşlə 0:0 hesablı bərabərlikdən sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Rəqibin qələbəyə ehtıyacı olduğunu və ağır matç olacağını bilirdik. Gözlədiyimiz kimi matçboyu hücum etdilər. Komandamız əzmkarlıqla mübarizə apardılar. Oyun keyfiyyətində qüsurlar olsa da, istək, arzu baxımından bir problem yox idi. Qarşıya qoyulan minimum hədəf qrupdan çıxmaq idi ki, onu da bacardıq.

- Matçın gedişində Orxan Əliyevi oyuna salmaq istəsəniz də, sonradan fikrinizi dəyişdirdiniz...

- Orxanı Ağabalanın yerinə oyuna salmaq istəyirdim, ancaq sonradan Ramazanovun fəallaşması bu qərarımızı təxirə saldı.

- Qonaqlar hakimdən şikayətlənirdilər, siz bu barədə nə düşünürsünüz?

- İlk epizoda təzədən baxmaq lazımdı. İkinci hissədə isə iki oyunçunun toqquması idi, penalti olduğunu düşünmürəm.

- Hər üç oyunda müşahidə etdik ki, komanda ikinci hissədə daha yaxşı çıxış edir. İlk hissəni isə sanki yola verir. Bu xüsusi tapşırıqdı, yoxsa...?

- Xeyr, elə bir tapşırıq yoxdu. Bəlkə də külək kömək edir bizimkilərə? (gülür)

- Əlcəzairin oyunundan xəbəriniz var? Keçmək mümkündümü?

- Türkiyə ilə oyunlarını izləmişik. Orda gələcək rəqibimiz kimi izləməmişdik, təzədən diqqətlə baxıb müəyyən analizlər edəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail