İslamiada: Pərviz Abdullayev: "Əsas hədəf bayrağımızın ucalması, himnimizin səslənməsidir" - MÜSAHİBƏ

18.05.2017 | 10827 dəfə oxunub

IV islam həmrəyliyi oyunlarında ölkəmizi uşu-sanda millisi də təmsil edəcək. Bu idman növündə milli komandamızın ən tanınmış üzvü olan tanınmış döyüşçü, "Kobra" ləqəbli Pərviz Abdullayev ölkəmizi 75 kq çəki dərəcəsində təmsil edəcək. Pərviz turnir barədə - hazırlıq və hədəfi haqda saytımıza müsahibə verib: 

- 8 Aydan çoxdur ki, uşu-sanda millisindəyəm. Azərbaycan Uşu federasiyasının prezidenti və millinin baş məşqçisi Azər Həsənsoyun rəhbərliyi altında məşqlərimizi davam etdiririk. Hazırlıq çox yüksək səviyyədə başladı. Mən millinin heyətinə qoşulandan sonra gördüklərim odur ki, hər şey yüksək səviyyədədir. Əvvəl Qəbələdə, daha sonra Dağıstanda təlim-məşq toplanışımız oldu. Dağıstanda təlim məşq toplanışını Rusiya millisi ilə birlikdə keçirdik. İndi millinin heyətində hər kəs bu yarışa tam hazırdı. Sadəcə döyüş saatını gözləyirik. 

- Uşu-sanda millimizdə ən tanınmış idmançı sənsən. Hər kəs bu idman növündə səndən qızıl medal gözləyir. Bu məqam səndə əlavə məsuliyyət yaradır?

- Həqiqətən, çox məsuliyyət yaradır. Zənglər çox gəlir. Hər kəs deyir ki, məndən qızıl medal  gözləyirlər. Bu məqam və doğma meydan amili məni daha çox məsuliyyətli edir. Yalnız çempionluq və qızıl medal, bayrağımızın dalğalanması, himnimizin səslənməsini istəyirəm.

- İslamiadada döyüş növləri arasında ən güclü idmançılar məhz uşu-sanda yarışında qatılıb. Bu məqam sənə problem yaratmayacaq?

- Azər müəllim deyir ki, biz texniki cəhətdən bütün komandalardan üstünük. Həqiqətən də elədir. 

Bura gələn millilər arasında İran seçmə komandası fiziki cəhətdən çox hazırlıqlıdır. Türkiyə millisi də güclüdür. Ancaq mən özümə və millidə olan digər 5 komanda yoldaşıma inanıram ki, qızıl medal alacağıq. Hər cəhətdən biz bu yarışa hazırıq.

- Daha əvvək K1-də döyüşmüsən, indi uşuda. Çətinlik olmayacaq?

- Əlbəttə, olacaq. Mən K1-də indiyə kimi 51 peşəkar döyüş keçirmişəm və onların 46-da qələbə qazanmışam. Deyirlər, fərqi yoxdu, amma var və çox. Ancaq bəhanə deyil, ola da bilməz. Bu döyüş növü həddən artıq ağırdı. 8 aydır milli komandadayam. Mən karyerama uşu-sanda üzrə başlamışam. Ölkə çempionu olmuşam. Buna görə də yenidən bu idman növünə qayıtmağım və adaptasiyam tez başa gəldi.

- Niyə məhz bu çəkidə milliyə sən seçildin?

- Azər müəllim məni respublika çempionu ilə döyüşdürdü, ona qalib gəldim. Daha sonra Türkiyədə turnirdə çempion oldum. Dağıstanda dünya çempionu ilə başabaş mübarizə apardım. Sadəcə ilk döyüş onla olduğu üçün, bir qədər çətinlik yaşadım. Moskvada Moskava ulduzları turnirində iştirak elədim və 4 döyüşdə qalib gəldim. Bunları nəzərə alan Azər müəllim, seçimi mənim üzərimdə etdi.

- Amma bu seçimə görə də saytlardan birində Azər müəllim qınanıb...

- Hər kəs bilir, bu söhbətlər olub, olacaq da. Başqa idman növlərində də belədir. Belə söhbətlərdənsə gəlib dəstək olmaq, fəxr etmək lazımdı. Azərbaycan üçün çalışmalıyıq. Mən dünya arenalarında böyük döyüşlərdə rinqə çıxmışam. Bu yarışda da özümü göstərəcəm və sübut edəcəm ki, Azər müəllim səhv etməyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail