Yaşar Vahabzadə: "Oyunçularda da çaşqınlıq yarandı..." - MÜSAHİBƏ

22.05.2017 | 3714 dəfə oxunub

“Birinci hissədə iki qol vurduqdan sonra ikinci yarıda bir az boşalma oldu. Qol buraxsaq da, yekunda lazım olan nəticəni əldə etdik”.

Stadium.Az xəbər verir ki, bu sözləri Azərbaycanın futbol üzrə U-23 millisinin baş məşqçisi Yaşar Vahabzadə deyib.

- Hesab arasındakı fərq azalandan sonra matçı əldən verəcəyinizlə bağlı qorxu hissi yaşamadınız?

- Sözün düzü, bir az həyəcan yaşadıq. Oyunçularda da çaşqınlıq yarandı, ancaq çalışdıq ki axıra qədər hesabı qoruyaq, sağ olsunlar uşaqlar əzmkarlıq göstərdilər.

- Əsas millimiz qrup mərhələsində yüksək sıralarda da qərarlaşıb, klublarımız Avroliqanın qrup mərhələsində də çıxış edib, ancaq heç bir komandamız böyük turnirdə medalçı olmayıb. Bu çempionluğu Azərbaycan futbolunun ən böyük uğuru adlandırmaq olar?

- Bu gün üçün bu çempionluq Azərbaycan futbolunun ən böyük uğurudur, ancaq ola bilsin gələcəkdə yığmamız bundan da yaxşı nailiyyətlər əldə eləsinlər.

- Sizin komandanızda nizam-intizamın səviyyəsi nə yerdədi? Sanki ara-sıra oyunçularda narazılıqlar, deyinmələr olurdu...

- Ciddi bir problemimiz yoxdur. Sadəcə meydandakı gərginlik bəzən oyunçuya təsir edir, deyinmələr, aqressivlik bundan yaranır.

 - Yığmada istifadə etdiyiniz 3-5-2 sistemi Premyer Liqa klubları tərəfindən çox istifadə olunmur. Maraqlıdı taktikanı sadəcə bu turnir üçün qurmuşdunuz, ya davamlı bu sistemdən yararlanmaq fikriniz var?

- Bu taktikadan keçən tsikldə bu uşaqlarla oynayanda istifadə etmişdim. İndi də U-21-də həmin sistemi tətbiq edirik.

- Bütün turnir boyu sizcə ən yaxşı oyunçu kim oldu?

- Futbol kollektiv oyundu, kimisə fərqləndirmək düzgün olmaz. Hər oyunçu çalışdı ki, əlindən gələni komandaya versin.

- Düzdü, çempionu mühakimə etməzlər, ancaq yəqin ki, sizin də komandadan narazı qaldığınız məqamlar oldu...

- Əsas narazı qaldığım məqam, oyunlar başlamamışdan da qeyd etmişdim, xətlərarası əlaqə bizdə axsayırdı. Bu da bir sıra oyunçuların komandaya gec qoşulması ilə bağlıdır.

- Sizcə ən çətin oyun hansı idi?

- Hər oyununun öz çətinliyi var, ancaq konkret demək lazımdısa, final hamısından çətin oldu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail