“Azərbaycanın bütün oyunlarına baxmışıq" - MÜSAHİBƏ

09.06.2017 | 3658 dəfə oxunub

“Azərbaycanın bütün oyunlarına baxmışıq. Düşünürəm ki, Prosineçki millini yaxşı hazırlaşdırıb. Azərbaycan millisi Almaniya ilə oyunda 30-35 dəqiqə yaxşı oyun sərgilədi. Ümid edirik ki, sabah o cür oynamayacaqlar”

Stadium.Az xəbər verir ki, bu sözləri Şimali İrlandiya millisinin baş məşqçisi Maykl O`Nil DÇ-2018-in seçmə mərhələsində sabah yığmamızla keçiriləcək oyun üçün təşkil olunan mətuat konfransında deyib.

- Yerli mətbuata açıqlamanızda Riçard Almeydanın adını xüsusi qeyd etmişdiniz. Ondan çəkinirsiniz?

- Almeydanın klubundakı oyunlarını izləmişik. Ancaq Şimali İrlandiya yığmasının üzvləri də Premyer Liqada çıxış edirlər. Onlar braziliyalı futbolçuya qarşı mübarizə aparacaq gücdədilər.
 
- Hava şəraitinin sizə çətinlik yarada biləcəyini vurğulamışdınız. Havanın isti olması sizin üçün nə dərəcədə problem yarada bilər?

- Hava yaxşıdır, sərindir. Türkiyədə eyni hava şəraiti olduğu üçün bunun bizə problem yaradacağına inanmıram.
 
- Belfastdakı oyunu Bakıda da göstərə biləcəksinizmi?

- Sabahkı matçda fiziki və taktiki hazırlıq çox önəmli olacaq. Belfastdakı görüşdə qol buraxmadan qələbə qazandıq. Bakıda da bunu təkrarlaya bilərik. Amma Azərbaycan yığması da sabahkı matça daha yaxşı hazırlaşıb. Onlar da qrup ikinciliyi üçün yarışırlar.
 
- Azərbaycan millisinin hansı mövqeyini daha güclü hesab edirsiniz?

- Təkcə Almeyda haqda danışmağım digərlərinə hörmətsizlik olar. Bundan başqa, Dmitri Nazarov, Ramil Şeydayev, Ruslan Qurbanov, Rahid Əmirquliyevin adını qeyd edə bilərəm. Azərbaycan klublarının avrokubok matçlarını izləmişik. “Qarabağ”ın iki il əvvəl Çempionlar Liqasında “Seltik”lə görüşünə baxmışam. Yaxşı mübarizə aparmışdılar. Avrokubok təcrübəsi futbolçular üçün müsbət haldır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail