Robert Prosineçki: "Yəqin ki, onları çətin matç gözləyir" - YENİLƏNİR

09.06.2017 | 4070 dəfə oxunub

“Milli komanda təxminən bir aya yaxındır ki, bir yerdədir. Bakıda və Avstriyada təlim məşq toplanışında olduq. Çox şadam ki, sabahkı oyuna yaxşı hazırlaşmışıq".

Stadium.Az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya yığması ilə görüş öncəsi keçirilən mətbuat konfransında deyib.

"Ümid edirəm ki, azarkeşlərimiz çətin oyunda bizə dəstək olacaqlar. Şimali İrlandiya ilə səfərdəki matçı unutmamışıq. Ümid edirik ki, yaxşı nəticə qazanacağıq” - deyə o bildirib.

Daha sonra xorvatiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Hazırlıq prosesində yoxlama oyunları keçirmədiniz. Bu, sizə problem yaratmayacaq?

- Sözsüz ki, yoxlama oyunu olsaydı, yaxşı olardı. Buna baxmayaraq, yaxşı toplanış keçmişik. Futbolçuların motivasiyası yüksək vəziyyətdədir. Bütün futbolçular oynamağa hazırdırlar. Komandama inanıram və onlardan möhtəşəm oyun gözləyirəm.

- Rəqibin baş məşqçisi Bakıdakı oyunun ağır keçəcəyini vurğuladı. O, sizdən sürpriz gözləyir. Ola bilərmi ki, rəqibə bir yox, bir neçə sürpriz hazırlamısınız?

- Rəqibin baş məşqçisinin çətin oyun keçirəcəklərini deməsi şad haldır. Yəqin ki, onları çətin matç gözləyir. Rəqibi lazımi qədər təhlil etmişik. Sürprizim var, amma burada açıqlamayacam. Sabah hamı görəcək. Mənə görə əsas olan komandanın məşqlərdə etdiklərini oyunda göstərməsidir.

- Bir çox aparıcı futbolçuların oyunu millidə uğurlu alınmır. Siz necə düşünürsünüz, Riçard Almeyda “Qarabağ”dakı uğurlu oyununu millidə davam etdirə biləcək?

- Mən bu barədə nəsə deyə bilmərəm. O, peşəkar futbolçudur, məşqlərdə yaxşı iştirak edir. Uzun müddətdir ki, Azərbaycandadır və futbolçuların əksəriyyətini tanıyır. Ümid edirəm ki, o, öz gücünü ortaya qoya biləcək.

- Bərabərlik yığmamızı qane etməyəcək. Son dəqiqələrə qədər hesabda bərabərlik olsa, iki hücumçu ilə oynamağı düşünmürsünüz?

- Buna oyunun gedişatında qərar verəcəyəm. Onu bilirəm ki, əsas heyətdə meydana çıxan futbolçular yaxşı oyun göstərəcəklər. Həmçinin ehtiyat oyunçular skamyasında oturanlar da oynamağa hazırdırlar.

- Renat Dadaşov milliyə dəvət alsa da, debüt edə bilməyib. Onu sabahkı görüşdə meydanda görə biləcəyik?

 - Renat çox istedadlı futbolçudur. Gələcəkdə bizə çox lazım olacaq. Ancaq sabahkı oyunda oynamaq onun üçün çox tezdir. Yenə deyirəm, o, gələcəkdə bizə çox lazım olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail