Maksim Medvedev: "Sona yaxın yorulduq" - MÜSAHİBƏ

11.06.2017 | 4885 dəfə oxunub

Azərbaycan milli komandasının futbolçusu Maksim Medvedevin millimizin Şimali İrlandiyaya (0:1) məğlubiyyətindən sonra müsahibə verib: 

- Ümumi baxanda yaxşı futbol oynadıq. Çalışırdıq ki, topu özümüzdə saxlayaq, hücumlar quraq. Belfastadakı oyuna baxanda burda daha yaxşı oynadıq, qol imkanlarımız oldu. Üstünlük bizdə olsa da, şanssız qol buraxdıq.

- Geriyə daha çox ötürmə edirdiniz. Bu baş məşqçinin tapşırıqı idi, yoxsa hücum qurmaqda çətinlik çəkdiyinizə görə belə addım atırdız?

- İrəli gedib topu onlara verməkdənsə, özümüzdə saxlayıb oyuna nəzarət edirdik. Daha çox topla oynamaqla rəqibi əsəbləşdirirdik. Bir-birilərinin üzərinə qışqırırdılar. Zaman-zaman hücumlar qururduq və bu alınırdı.

- Prosineçki bugünklü matçda sürpriz vəd etmişdi. Hansı sürprizdən söz gedirdi?

- Bu sualı Prosineçkiyə verin ki, hansı sürprizi hazırlamışdın? Sürpriz o idi ki, bugün rəqibdən üstün oynadıq. Qol imkanlarımız rəqibdən daha çox oldu. Yəqin ki, sürpriz bu idi.

- Qrupdan çıxmaq şansı azaldı. Bu amil motivasiyanı aşağı salmayacaq?

- Yox, qarşıda hələ oyunlar var. Şansımız azalsa da, ümidimiz var. Əsas odur ki, öz oyunumuzu daha da yaxşılaşdıraq.

- İspaniyalı hakimin idarəçiliyi haqda nə deyərdin?

- Hakim xırda epizodları saxlayırdı. Bu da bizim oyunçuların əsəbləşməsinə səbəb olurdu. Çünki rəqib hər xırda foulda topu qapı qarşısına qaldırırdı.

- Qol zamanı nə baş verdi?

- Sona yaxın komandada yorğunluq özünü göstərməyə başladı. Qabaqda onları sıxa bilmədik və rahatlıqla bizim cərimə meydançamıza doğru irəliləyə bildilər. Nəticədə də, qol vurdular.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail