Ramil Şeydayev: "Bunu Allah bilir"

11.06.2017 | 5689 dəfə oxunub

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev Şimali İrlandiya ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra jurnalistlərin suallarını cavablandııb:  

- Daha yaxşı çıxış edirdik. Amma son saniyələrdə qol buraxdıq. Belə alındı. Bu, futboldur.

- Qol imkanlarınızdan yararlana bilməməyinizə nə mane oldu?

- Daha çox işləmək lazımdır ki, belə vəziyyətlərdən yararlana bilək və qalib gələk.

- Təkbətəkdən qolu niyə vura bilmədiniz? Top ayağınıza oturmadı?

- Xeyr, adi qaydada zərbə endirdim. Sadəcə, top qapıya getmədi. Yenə deyirəm, daha çox işləməliyik ki, belə vəziyyətlərdən də yararlana bilək.

- Demək olarmı ki, Şimali İrlandiya ilə görüşdən xalla ayrılmaq olardı?

- Bəli, 100 faiz belədir. Daha yaxşı oynayırdıq.

- Nəticəni ədalətsiz sayırsınız?

- Demək olmaz ki, ədalətsiz nəticədir. Bunu Allah bilir. Sadəcə, belə alındı.

- Sonadək mübarizə aparacaqsınız?

- Nə etmək olar? Futbolu buraxaqmı? Əlbəttə, mübarizə aparacağıq. Hələ evdə 2 oyunumuz qalıb. Niyə də yox?! Azarkeşlər, özümüz, əzizlərimiz və yaxınlarımız, ölkəmiz üçün oynamalıyıq.

- Növbəti mövsümü harada keçirəcəksiniz?

- “Jilina”da.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail