Ayxan Abbasov: "Mərhələni adlamasaq belə..." - MÜSAHİBƏ

29.06.2017 | 5249 dəfə oxunub

“Zirə”nin baş məşqçisi Ayxan Abbasov Avropa Liqasının I təsnifat mərhələsinin ilk matçında Lüksemburqun “Differdanj” klubunu bu gün Bakıda qəbul edəcək. Stadium.Az xəbər verir ki, oyundan öncəki mətbuat konfransında komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:

“Futbol üçün darıxmışdıq. Sevindirici haldı ki, ilk olaraq mübarizəyə biz başlayırıq. Çalışdıq ki, ötənilki heyətin əsas üzvlərini saxlayaq. Onlarda 1-2 nəfəri bizdən ayrıldı. İstdiyimiz transferləri etmişik. Bəzi oyunçular gec qoşuldular. Rəqib barədə ətraflı məlumat toplamışıq. Deyirlər ki, guya mən rəqibdən qorxuram. Amma bu, qorxmaq deyil, reallığı deyirəm. 2007-ci ildən avrokuboklarda iştirak edirlər, I mərhələ səddini keçə bilirlər. Əsasən uzun ötürmələrə üstünlük verirlər. Biz bütün bunlara hazırıq. Debüt ilimizdə sınaqdan uğurlu çıxmağa çalışacağıq. Debüt etməyimiz bəhanə olmamalıdı. Rəqibin adından fərqli olmayaraq, məqsədimiz mərhələ keçmək olacaqdı.

- Rəşad Sadiqovun zədəsinin durumu nə yerdədi?

- Rəşad Türkiyə toplanışında zədə almışdı. Amma indi vəziyyəti yaxşıdı.

- Komandaya psixoloji cəhətdən nəyi aşılayırsınız?

- Belə rəqiblərlə görüşlərdə təzyiqlər olur. Hər kəs bizi favorit sayır. Bu da əlavə təzyiqdi. İstəyimiz qələbə qazanmaqdı. Çalışırıq ki, futbolçularımız nə arxayın olsunlar, nə də “yansınlar”. Çox motivasiya və arxayınlıq baha başa gələ bilər. Çalışacağıq orta mövqedə olaq.

- Anar Nəzirovun kapitan kimi, komandanı oyuna kökləyəcəyinə inanırsınızmı?

- Anar ötən mövsüm də bir çox oyunlarda kapitanlıq edib. Millinin üzvüdü, bir neçə iddialı klubda oynayıb. Bizim başqa təcrübəli oyunçularımız da var. Anarın kapitan kimi uğurlu çıxışına da inanıram.

- Start heyətinin neçə faizini müəyyənləşdirmisiniz?

- Çalışdıq ki, komandada rəqabəti artıraq. Heyəti öncədən desəm, bu, rəqabətə təsir edər. Heyət hazırdı. 2-3 mövqedə fikirləşirdim. Son yoxlama görüşlərini nəzərdən keçirdik və onlarda da mövqeyimizi qətiləşdirdik. Əsas heyətə layiq futbolçumuz çoxdu. Rəqibə və son duruma görə sabahkı heyətimiz hazırdı.

- Bəs oyun üslubunuzu açıqlaya bilərsinizmi?

- 5 müdafiəçi ilə oynamaq o demək deyil ki, hücum etmirsən. Məsələn, “Çelsi” bu taktika ilə kifayət qədər uğurlu çıxış edir. Bu, tamam fərqli sistemdi. Bu mövsüm 2 sistemdə oynamağa çalışacağıq. Sabah 4-5-1 sistemi ilə oynayacağıq. Bu, bəzi matçlarda rəqibə görə dəyişəcək.

- Məşqçi kimi debüt ilinizdə hansı nəticəyə ümid edirsiniz?

- Çalışacağıq bacardığımız qədər irəliləyək. Böyük fikirlər demək doğru olmaz. Transferlər olsa da, biz yeniyik və buna uyğun addım atmalıyıq. Avropada oynamaq bizim üçün böyük təcrübədi. Bir çox oyunçumuz ilk dəfə bu turnirdə çıxış edəcək. Hardansa başlamaq lazımdı. Amma bu o demək deyil ki, çəkinərək oynayacağıq. Gücümüz çatan qədər irəliləməyə çalışacağıq.

- “Astra”nı necə, analiz etmisinizmi?

- Onların “Vitorol”la oyunlarını izləmişəm. Amma “Astra” haqda qətiyyən düşünmürəm.

- Hansı xəttə oyunçular alınmasını istərdiniz?

- İstədiyimiz mövqelərə transferlər etmişik. Hər mövqe üçün 2 oyunçumuz var. Təkcə avrokuboklara deyil, çempionata da hazırlaşırıq. Bu da uzun marafondu. Bəzi oyunçuları qışda da gətirmək istəyirdik. Ancaq həmin vaxt müqavilələri var idi. Onları indi aldıq. Hücum xəttini gücləndirməyə çalışacağıq. Bir nəfər də yerli oyunçu almaq istəyirik.

- İlk oyunu evdə keçirməyiniz sizi narahat etmir?

- İlk görüşü səfərdə keçirmək daha yaxşıdı. Amma bizim üçün indi evdə oynamaq daha rahatdı. Qorxaraq, ehtiyatlanaraq oynamayacağıq.

- Belə fikir formalaşıb ki, 8 komandalı çempionat rəqabətsizlik yaradır və inkişafa mane olur. Siz bu barədə nə düşünürsüz?

- Biz də istərdik ki, 10 komanda olsun. Amma rəqabət baxımından razı deyiləm. Düzdü, çempionluq iki komanda arasında oldu. Amma 4-cü yer uğrunda mübarizə son tura qədər davam etdi. 20 komanda olsa belə, o demək deyil ki, çempionluğa 4 komanda oynayacaq. Reallıq budu ki, hazırda 2 komanda çempionluq uğrunda yarışa bilər. İslam Həmrəyliyi Oyunlarına görə, çempionat tez başa çatdı. Bunu da toplanışda aradan qaldırmağa çalışdıq.

- Sabahkı oyunda tribunaların boş olmasından narahat deyilsiniz?

- Azarkeşlərlə iş gedir. Düşünürəm ki, sabah yetərincə azarkeş olacaq.

- Qarşınıza konkret hədəf qoyulubmu?

- Sponsorlar, rəhbərlik ilk gündən iddialıdılar. Müasir futbolun tələblərini yerinə yetirməyə çalışırlar. Onların istəyi meydanda əzmkar futboldu. Konkret hədəf qoyulmayıb.

- Mərhələni adlasanız, dediyiniz hücumçunu alacaqsınızmı?

- Mərhələni adlamasaq belə, onu transfer etməyə çalışacağıq. Çünki biz çempionatı da düşünürük.

- Rəqibin heyətində 4 futbolçunun əsas işində problem yaranması ilə bağlı yayılan xəbərlərin futbolçularınızda arxayınlıq yaratmasından qorxmursunuz?

- Bu, çox incə məqamdı. Hansısa hadisə futbolçulara mənfi təsir göstərə bilər. Bilmirəm bu xəbər hardan çıxıb. Onların ötənilki heyətinin 98 faizi Bakıya gəlib. Başqa işdə çalışmaqla bağlı fikir söyləmək istəmirəm. Bizim Lixtenşteynlə, Lüksemburqla, Farer adaları ilə oyunlara baxsanız, necə çətin qələbə qazandığımızı görərsiniz. “Differdanj” peşəkar klubdu, fransız məşqçiləri var.

- Rəqibin ən üstün cəhəti nədi?

- Səbrli oynaması, nizam-intizamlı çıxış etməsi. Ölkə çempionudular, 65 xal toplayıblar. Standart vəziyyətlərdə də üstündülər. Əlbəttə ki, zəif cəhətləri də var. Biz bunun üzərində çalışmışıq.

- Həm sizin, həm də komandanın avrokuboklarda debüt matçı olacaq. Hansısa məşqçi ilə məsləhətləşmisizmi?

- Bir yerdə oynadığım futbolçu yoldaşlarım, məşqçilərim kömək etməyə hazırdılar. Onlara təşəkkür edirəm. Bilirik ki, sabah meydanda tək “Zirə” olmayacaq, Azərbaycan adına mübarizə aparacağıq. Bilirik ki, kimə müraciət etsək, kömək etməyə hazır olar. Biz tək deyilik, yanımda 3 məşqçi var. Məşqçi öyrənmək üçün səhv etməlidi. Əgər buna baş qoymuşuqsa, çalışacağıq ki, işin altından çıxaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail