Ayxan Abbasov: "Bu futbolçuları seçərkən çox götür-qoy etmişdik" - MÜSAHİBƏ

30.06.2017 | 5724 dəfə oxunub

“Zirə”nin baş məşqçisi Ayxan Abbasov Avroliqanın birinci təsnifat mərhələsinin ilk oyununda Lüksemburq təmsilçisi “Differdanj” üzərində qazandıqları 2:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb:

- Oyunun belə çətin alınacağını gözləyirdik. Çünki hələ komandam 100 faiz deyil. Bəzi futbolçular bizə gec qoşulmuşdular. Oynamaq üçün 60 faiz hazır idilər. Rəqibin müdafiəsinin yarmaq çətin idi. İlk hissədə qol vurduqdan sonra səbirli oynadıq. İkinci oyun daha çətin olacaq. Çünki rəqib evdə daha yaxşı oynayır. Əzmkarlığa görə bütün futbolçularıma, dəstəyə görə azarkeşlərə minnətdaram. 

- Sanki komandanızda müdafiədə həyəcan hiss olunurdu. Bu, nədən irəli gəlir?

- İlk dəqiqələrdə 1-2 epizodda müdafiəçilərimiz səhvə yol verdilər. Bu da həyəcandan irəli gəlirdi. Komandanı meydana rahat çıxarmışdıq. İstəmirdik ki, arxayın olsunlar. Həyəcanı ilk yarıya aid etmək olar. İkinci hissədə daha yaxşı oynadıq. 3-4 qol epizodumuz oldu. Ümumilikdə, ilk rəsmi oyunumuz idi bu mövsüm. Müdafiədə 2 yeni futbolçu çıxış edirdi. 


- Qapıçı Anar Nəzirovla sol cinah müdafiəçisi Təmkin Xəlilzadə, eləcə də dayaq yarımmüdafiəçisi Milan Duriç yaxşı təsir bağışlamadılar. Siz necə düşünürsünüz? 

- Bəzi futbolçularda həyacan vardı. Məsələn, ilk hissədə Orxan Əliyevi qeyd edərdim. Sanki oyuna girə bilməmişdi. Təmkindən bu oyun çox şey gözləyirdik. Çünki ötən mövsümü yaxşı keçirmişdi. Amma bu gün ümidləri tam doğrultmadı. Anarın isə yaxşı çıxış etdiyini düşünürəm.

- Yeni transferlərdən razı qaldız?

- Onların potensialına bələdik. Belford qol vurdu. Digərləri də məncə pis çıxış etmədilər. Ümumi olaraq normal dəyərləndirərdim. Bu futbolçuları seçərkən çox götür-qoy etmişdik. 

- Rəşad Sadiqovun start heyətindən kənarda qalmasına səbəb nə idi?

- Rəşad zədə səbəbindən son 2 yoxlama oyunumuzda iştirak etməmişdi. Üstəlik bilirdik ki bu gün ikinci hissədə yaradıcı oyun quran futbolçuya ehtiyacımız olacaq. Ona görə də Rəşadı fasilədən sonra meydana buraxmağı əvvəldən planlaşdırmışdıq.

- Dünən qeyd etdiniz ki, hələ ikinci mərhələ - mümkün rəqibiniz “Astra” barədə düşünmürsüz. Bugünkü qələbə fikrinizi nə dərəcədə dəyişdi?

- Təsləməyə ehtiyac yoxdur. 2:0 hələ heç nə demək deyil. Səfərdə bizi çox çətin oyun gözləyir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail