Zaur Svanadze: "Çalışacağıq ki, mərhələni keçək"

05.07.2017 | 3916 dəfə oxunub

Bakının "İnter" klubu Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda sabah “Mladost”u qəbul edəcək.
 
Stadium.Az xəbər evrir ki, “İnter”in baş məşqçisi Zaur Svanadze oyunöncəsi mətbuat konfransında jurnalislərin suallarını cavablandırıb.

- Öncə Azərbaycan xalqına, həmin ailəyə cəbhədə baş vermiş hadisəyə görə başsağlığımı bildirirəm. Oyuna gəldikdə isə, bizim üstünlüyümüz var. Ancaq rəqib Serbiya klubudur. Çətin olacaq. İlk oyundakı hesab aldadıcı ola bilər. Çalışacağıq ki, mərhələni keçək.

- İlk oyundakı böyük hesablı qələbə komandanı oyuna kökləməyə mane olmayacaq ki?

- Əlbəttə, 3:0 hesablı qələbə böyük üstünlükdü. Lakin uşaqlar da bilir ki, rahatlaşmaq olmaz. Onlar bilirlər ki, bu oyun bizim üçün çox vacibdir.

- Klubla yeni müqavilə nə vaxt bağlayacaqsız?

- Yeni müqavilə artıq hazırdır. Qalır sadəcə, onu imzalamaq. Bəzi oyunçularla da yeni müqavilələr hazırdır.

- Skarlatake ilk oyunda cərimə zərbəsindən iki gözəl qol vurdu. Standart vəziyyətlərin üzərində xüsusi hazırlaşmışdız?

- Skarlatake həmişə məşqlərdən sonra bu cür zərbələr üzərində çalışır. Gördüyünüz kimi, insan öz üzərində çalışırsa, bu, öz bəhrəsini verir. Ancaq qeyd etmək istərdim ki, serblər də standart vəziyyətlərdən yaxşı istifadə edir. Onlar fiziki cəhətdən də hazırlıqlıdılar.

- Belə söz-söhbət var ki, “İnter” “İnter Arena”nı tərk edəcək...

- Bu barədə nəsə deyə bilmərəm. Hazırda ancaq qarşıdakı oyuna köklənmişik.

- Komanda sabahkı oyuna ənənəvi 5-4-1 taktiki düzülüşüylə çıxacaq?

- Bununla bağlı hələ ki, qərar verməmişik



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail