Qurban Qurbanov: "“Samtredia”dan belə gərgin oyun gözləmirdik" - MÜSAHİBƏ

12.07.2017 | 4081 dəfə oxunub

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda “Samtredia”ya qalib gəldikləri oyundan (5:0) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çox istəkli və aqressiv komandaya qarşı oynadıq. Həqiqətən də “Samtredia”dan belə gərgin oyun gözləmirdik. Rəqib hesabdan asılı olmayaraq yaxşı mübarizə apardı. Oyuna çox gərgin başladıq və ilk hissə bizim üçün ağır oldu.

Amma futbolçularımız sona qədər xarakter göstərdilər və güclərini ortaya qoya bildilər. Qələbədə azarkeşlərimizin də payı oldu. Fikrimiz cavab oyununda olacaq. Aradakı vaxtda çatışmazlıqlarımızı aradan qaldırmağa çalışacağıq. Səfər oyununda istənilən nəticə qeydə alına bilər.

- Yeni transferlərin oyunundan razı qaldınız?

- Hər ikisi təcrübəli futbolçudur. Bu gün desək ki, razı qaldım, ya yox, düz çıxmaz. Bir oyunla yeni futbolçuya dəyər verə bilmərik. Mövsüm boyu eyni tempdə olmalı və nəticə vermək üçün çalışmalıdırlar. Oyun intizamlarından razı qaldım. Necə danışmışdıqsa, elə də oynadılar. Yeni futbolçuların qoşulması ilə komandamızın oyun sistemi qaldı.

- Oyunun gedişində zədə alan Rəşad Sadıqovun durumu necədir?

- Sabah, yada birigün bilinəcək. Bir az dizində ağrılar hiss elədi. Düşünürəm ki, ciddi olmaz. 1-2 günə dəqiq bəlli olacaq.

- Bu heyətlə maksimum hədəfiniz nədir?

- Biz hər turnirdə maksimum nəticə əldə etməyə çalışırıq. Həmişə istəmişəm ki, əlimdə daha çox futbolçu olsun. Təkcə transferlərə görə yox, əlimizdə olan oyunçularla daha yaxşı nəticə əldə etməyə çalışacağıq. Çempionlar Liqasında zəif komanda yoxdur, çox ciddi turnirdir. Burda hər komanda öz ölkəsinin çempionudur. İstənilən oyunda istənilən nəticə baş verə bilər. Maksimum hədəfimizə gəlincə, Çempionlar Liqasında qrupa düşmək üçün mübarizə aparacağıq.

- Futbolçu ikən Gürcüstanda bir mövsüm “Mertsxali” klubunda oynamısınız. Ora gedəndə sabiq komanda yoldaşlarınızla görüşmək fikriniz varmı?

- Təəssüf ki, heç kim yadımda qalmayıb. Ünvanlarını da bilmirəm. Bu sualdan sonra yəqin ki, yadlarına düşərəm və yaxınlaşarlar. Çox istərdim ki, onlarla görüşüm. Amma görəndə tanıyaram. Həmin heyətlə maraqlanacam ki, kimlərlə görüşə bilərəm. 26 il az vaxt deyil. Ümid edirəm ki, sabiq komanda yoldaşlarımdan kimləsə görüşmək imkanım olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail