Donald Qerryer: "Özümü təbrik edə bilmərəm"

12.07.2017 | 4226 dəfə oxunub

"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Gürcüstanın "Samtredia" klubunu 5:0 hesabı ilə məğlub etdiyi oyundan sonra Ağdam klubunun yeni transferi Donald Qerryer jurnalistlərə müsahibə verib:

- İlk oyunda qol vurdun. Özünü təbrik edə bilərsən, yoxsa oyununda çatışmayan cəhətlər var idi?
- Özümü təbrik edə bilmərəm. Biz bir komandayıq, kollektivi təbrik edirəm. Oyunda belə hesab  qeydə alınsa da arxayınlaşmırıq. Cavab oyununa da ciddi hazırlaşacağıq.

- Debüt matçın idi. Atmosfer, azarkeşlər və ilk oyunun haqda düşncələrin necədir?
- “Visla” və “Alanyaspor”da da oynayanda belə atmosfer altında çıxış edirdik. Oyuna bu qədər azarkeşlər gəlirdi. Onlara təşəkkür edirik. Onlarsız futbol oynaya bilmərik. Növbəti oyunlarda da bizi dəstəkləsinlər.

- İlk oyununda qol vuracağına inanırdın?
- “Visla” və “Alanyaspor”da da ilk oyunumda qol vurmuşdum. Mən hələ tam hazır deyiləm. Öz üzərimdə çox işləməliyəm. Düşünürəm ki, ardı gələcək.

- “Qarabağ”a keçidin necə alındı?
- Agentim mənə “Qarabağ” səni transfer etmək istəyir” deyəndə şad oldum. Dərhal “Qarabağ”la maraqlandım. Oyun tərzlərinə baxdım. Dedim ki, bu komanda mənim üçün mükəmməldir. Topla oynamağı mən də sevirəm. Məşqlərdə də topla çalışmalara üstünlük veririk.

- Bura gəlməyində “Zirə”də çıxış edən milli komanda yoldaşın Kervan Belforun rolu oldu?
- Fərqi yoxdur, Kervan Belfor burda olsaydı da, olmasaydı da seçimi dəyərləndirəcəkdim. Dənizin dibinə düşsəm, balıqlarla dil tapa bilərəm. Mənim beynimdə ancaq futbol oynamaqdır.
 
- “Qarabağ”ın hədəfi ÇL-nin qrupudur. Bunu bacarmaq olar?
- Əlbəttə, mümkündür. Heyətdə səviyyəli oyunçular hədəfə çatmaq üçün əziyyət çəkməlisən. Bununla yanaşı, keyfiyyətli oyunçu və məşqçi ilə bacarmaq olar. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail