Mirhüseyn Seyidov: "Elə bil kimsə mənə ora “get” dedi" - MÜSAHİBƏ

13.07.2017 | 4028 dəfə oxunub

“İnter” UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Fola”nı 1:0 hesabı ilə məğlub etdi. Lüksemburq təmsilçisinin qapısına vurulan yeganə qolun müəllifi olan Mirhüseyn Seyidov görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Lüksemburq klubuna qarşı çətinlik çəkdik. Belə olacağını da gözləyirdik. Amma çətinliyin bu dərəcədə olacağını düşünmürdük.  

- Qol vurduğun epizodda zərbə anını necə şərh edə bilərsən?
- Elə bil kimsə mənə ora “get” dedi. Top da mənim üzərimə gəlirdi. Öz növbəmdə üzərimə düşəni etdim. 

- Avrokuboklarda “Neftçi”nin heyətində “Koper”ə də gözəl qol vurmuşdun. Bu 2 qoldan hansı daha baxımlıdır?
- Demək olar ki, oxşar idilər. Həmin oyunda “Koper”ə uduzmuşduq. Əsas odur ki, bu qolum komanda üçün kömək olsun.

- Necə düşünürsən, bu qol əsas heyətdə yerini möhkəmləndirməyə kömək olacaq?
- Məşqçi də çox istəyir ki, oynayım. Hər şeyi məşqçinin üzərinə atmaq düz deyil. Açığı, "Neftçi"dən sonra "İnter"də bir az çətin idi, sanki unudulmuşdum. Amma artıq yavaş-yavaş özümə gəlirəm. Burdayamsa, daha yaxşı oynamalıyam. Çalışıram ki, formamı bərpa edim.

- 1:0-lıq qələbədən sonra səfər matçından nə gözləmək olar?
- Lüksemburq təmsilçisi olsa belə, rəqibə yuxarıdan baxmaq olmaz. Bu, bizə dərs oldu. Daha diqqətli olacağıq.

- Svanadze oyundan qabaq komandanın arxayınlaşacağından ehtiyat etdiyini bildirmişdi. Bu gün belə bir hal baş verdi?
- Açığı, Serbiya futbolu Lüksemburqdan güclü olduğunu nəzərə alaraq, düşünürdük ki, "Mladost"a iki oyuna 5 dənə vurmuşuqsa, "Fola"nı da asanlıqla yenəcəyik. Qınamayın, futbolda belə şeylər olur. Ola bilsin, iki oyunun yekununda 5:0 hesablı üstünlük bizi bir az arxayınlaşdırmışdı. Bu gün 1 qol vursaq da, yaxşı haldır ki, evdə top buraxmadıq. Cavab görüşündə bundan daha yaxşı çıxış edəcəyik. 

- Sanki fiziki cəhətdən tam hazır deyilsən. Həqiqətən belədir, yoxsa kənardan elə görünür?..
- Öz səhvlərimi bilirəm, düzəltməyə çalışacam.
 
- "Neftçi"dən ayrıldıqdan sonra üzləşdiyin psixoloji gərginlikdən bu qolla çıxa biləcəksən?
- Düşünürəm ki, bu qol hardasa kömək edəcək. Qarşımızda cavab görüşü var. Gələn ay Premyer Liqa start götürür və qarşıda avrokubok matçları da var. Formaya düşmək üçün çalışacam. 

- Ötən ev oyununda topla xanım aparıcını vurdun, bu dəfə isə qələbə qolunun müəllifi oldun. 3-cü dəfə nə ilə gündəmi zəbt edəcəksən?
- Həmin epizoddan sonra deyirdilər ki, futbolçular qapıya vura bilmirlər... Amma qapını da dəqiq nişan ala bildik. Xanım şərhçimizin üzünə top vurandan sonra ayağım açıldı və uğurlu oldu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail