Roman Qriqorçuk: "Qəbələ”də bizə nədənsə, hər şey çətin alınır"

13.07.2017 | 3596 dəfə oxunub

"Qəbələ" Avropa Liqasının 2-ci təsnifat mərhələsində Polşanın "Jagiellonia" klubunu qəbul edəcək. Stadium.Az xəbər verir ki, oyunöncəsi keçirilən mətbuat konfransında "qırmızı qaralar"ın baş məşqçisi Roman Qriqorçuk medianın suallarını cavablandırıb. 

- Yeni transferlərin bəziləri sabah meydana çıxacaq. Ancaq bu o demək deyil ki, onlar da tam hazırdılar. İnanıram ki, oyunçular sabahkı oyuna hazırdılar.

- Avrokuboklar öncəsi heyətdə ciddi dəyişikliklər oldu. Bu sizə çətinlik yaratmayacaq?

- Artıq 3-cü ildi ki, bizdə eyni situasiya yaranır. Niyə belə baş verdiyini müzakirə etməyə ehtiyac yoxdu. Belədə söhbət uzanacaq. İstəməzdim belə olsun. Amma burda pis bir şey yoxdu. Futbol belədi, kimlərsə gəlir, kimlərsə gedir. Yeni oyunçular gəlib və komanda əvvəlki qaydada hazırlaşıb. Yeni olsalar da, onlarla işləmək maraqlıdı, çətin deyil. Əsas odu ki, hazır olsunlar. Amma builki transferlər 4-5 həftəlik istirahətdən qayıdıblar, demək olar ki, məşq etməyiblər.

- Rəqibdən çəkinməyə dəyərmi?

- Rəqib ötən mövsümkü heyətin özəyini qoruyub. Güclü, yaxşı təşkilatlanmış, stabil komandadı. Polşada çempion olmağa çox yaxın idilər. Deməli, güclüdülər.

- Ötən illərlə müqayisədə builki transferlərin səviyyəsi necədi?

- Sevinirəm ki, bu oyunçuları heyətə qatdıq. Onları özümüz seçmişik. Bacarıqlarına bələdik. Ancaq müqayisə etməzdim. İki il əvvəl də, ötən il də heyətdə dəyişiklik etdik. Bununla belə, Avropa Liqasında qrupa düşdük. Bu il isə yeni başlamışıq. Ümumilikdə “Qəbələ”də bizə nədənsə, hər şey çətin alınır. “Qəbələ”dəki qədər həyatım boyu heç vaxt belə çətinliklərlə üzləşməmişəm. Amma çətinlikləri dəf etdikcə daha güclü olursan.

- Klublarımızın avrokuboklara uğurlu start götürməsi komandanızda psixoloji gərginliyə səbəb olmaz?

- Biz sevinirik ki, komandalarımız qələbələr qazanırlar. Burda yaşayırıq, burda çalışırıq. Azərbaycan klublarının Avropa arenasındakı uğurlu çıxışına yalnız sevinirəm. Ancaq düşünmürük ki, digər komandalar qələbə qazandı, biz də bunu etməliyik. Yalnız öz oyunumuz barədə fikirləşirik və biz də qələbə qazanmaq istəyirik.

- Əvvəlki sisteminizi qoruyacaqsınız, yoxsa yeni transferlərə uyğun sistem tətbiq edəcəksiniz?

- Müəyyən üslubumuz var, yeni gələn oyunçuları da ona uyğunlaşdırmağa çalışırıq.

- Transferlər zamanı çempionatdakı legioner limitini nəzərdən keçirmisinizmi?

- Yeni oyunçuları komandaya cəlb edərkən çempionatı da düşünmüşük. Kifayət qədər legionerimiz var. Amma belə olan yerdə rəqabət yaranır və rəqabət olanda da inkişaf sürətli olur.

- “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov transferlər zamanı çətinlik çəkdiklərini bildirib. Bakıda oynayan “Qarabağ” belə çətinliklə üzləşirsə, bölgə komandası olan “Qəbələ” necə olub ki, bu qədər legioneri gətirə bilib?

- Qurban Qurbanovu çox yaxşı başa düşürəm. Bizdə də belə problemlər ortaya çıxırdı. Yeni oyunçularımıza söz vermişik ki, bu il məişət məsələlərində Bakıda daha çox olacağıq. Yeni oyunçular dərhal Qəbələnin harda yerləşdiyi barədə maraqlanır. Məsələn, paytaxt komandasından 10 manat istəyən oyunçu bölgə təmsilçisindən 20 manat tələb edir. Ancaq belə situasiyada da nəsə etməliyik.

- Bu heyət hədəfə çatmağınız üçün yetərlidimi, yoxsa axtarışlarınız davam edir?

- İndi qrup barədə düşünmürük. Yalnız sabahkı matçı fikirləşirik. Sabah qələbə qazanaq, növbəti tapşırığa sonra baxarıq. Futbolçularımıza da deyirəm ki, bizim üçün ən vacibi sabahkı oyundu. Əlbəttə ki, gələcək üçün yeni oyunçular lazım olacaq.

- Rəqibin baş məşqçisi bildirib ki, sabah “Qəbələ”də yeni transferlərin oynaması onların xeyrinə olar...

- Çalışacağıq, hər şeyi edək ki, onu sevindirək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail