RomanQriqorçuk: "Bilirdik ki, onların üstünlüyü olacaq" - MÜSAHİBƏ

14.07.2017 | 4251 dəfə oxunub

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının ikinci təsnifat mərhələsində Polşanın "Yagelloniya" klubu ilə oyundan (1:1) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Pis heç nə baş vermədi, təəccüblü heç nə olmadı. Çünki başa düşürdük ki,  çətin görüş olacaq. Rəqibin yaxşı oyun tərzi var və bilirdik ki, onların üstünlüyü olacaq. Bizim üçün ilk dəqiqələrdən oyunu ələ almağımız yaxşı olardı. Bu alınmadı, əksinə çox epziodlar itirdik. Əvvəldən  daha yaxşı oynamalı idik.

- Komanda bu gün niyə inamsız təsir baışladı? Nə çatışmırdı?

- Rəqib eyni heyətlə oynayır, onlarda oturuşmuş heyət var. Bunu başa düşürük və ona görə də təəccüblü heç nəyin baş vermədiyini düşünürük. Biz qələbə qazanmaq istəyirdik. Oyunu ələ almalıydıq. Lazımsız top itkilər oldu və bu, bizim oyunumuza təsir etdi.

- İlqar Qurbanov əvəzlənmədən əvvəl özünü kənarda hiss edirdi. Onun bu qeyri-peşəkar hərəkətini necə dəyərləndirirsiniz?

- Bu barədə İlqarla danışmamışam. Amma İlqar əvəzlənmək istəyirdi. Ancaq dəyişiklik üçün hazırlıq lazımdır. Bəlkə də, onun qıcılması tutmuşdu.

- “Qəbələ”nin fiziki cəhətdən çatdırmadığını əvvəldən də görürdük. Bu nə ilə əlaqədardır, komadada fiziki hazırlıq üzrə məşqçi yoxdur?

- Sizinlə mübahisə etməyəcəm. Amma məncə, düz fikirləşmirsiniz. Biz həmişə fiziki cəhətdən güclü olmuşuq.

- Cavab oyununda şanslarınızı necə dəyərləndirirsiniz? Yeni planınız varmı?

- Biz necə olacağını bilmirik. Ümid edirik ki, yaxşı olacaq. Bizim əsas məqsədimiz sakit olmaqdır.  Təəssüflənməməliyik. Hesab müxtəlif ola bilərdi. Məncə, nəticə ədalətlidir. İnanıram ki, cavab oyununda daha yaxşı oynayacağıq. Növbəti mərhələyə keçmək şansımız var.

- Araz Abdullayev bu gün harda idi?

- Arazın adı oyunun iştirak ərizəsinə daxil edilməmişdi.

- Müdafiənin sol cinahında problem hiss olunurdu. Ürfan Abbasovun yerinə həmin mövqeyə alternativiniz varmı?

- Düzdür, bu gün yaxşı olmayan oyun vəziyyətləri oldu. Ancaq konkret hansısa futbolçunun adını çəkmək istəmirəm. Kim daha hazırlıqlıdısa, o da meydana çıxır. Gələn görüşdə də ən yaxşılar meydana çıxacaqlar. Cəmi 5 gün vaxtımız var. İstisna etmirəm ki, növbəti matça qədər yeni oyunçu olacaq. Burda hazırlıq çox önəmlidir. “Yagelloniya” da bura olduqca hazır vəziyyətdə gəlmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail