Əmrah Çəlikəl: "Rəqibin fərqi yoxdur"

18.07.2017 | 3552 dəfə oxunub

“Qarabağ”ın direktoru Əmrah Çəlikəl Çempionlar Liqasının II təsnifat mərhələsində “Samtredia”ya qarşı keçirilən cavab görüşündən sonra azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb: 

- “Qarabağ” ikinci oyunda da “Samtredia”nı məğlub etdi. 1:0 hesablı qələbəni necə şərh edərdiz?

- Gözəl oyun alındı. 1:0 hesablı qələbə qazandıq. Yüksək əhval-ruhiyyə ilə artıq növbəti mərhələyə hazırlaşacağıq. Sabah rəqibimizin adı məlum olacaq.

- III mərhələdə rəqib qismində “Şerif”i görmək istərdiniz, yoxsa “Kukesi”ni?

- Rəqibin fərqi yoxdur. Düzdür, hamı “Şerif”i gözləyir 1:0-lıq üstünlüyünə görə. Amma indidən dəqiq nəsə demək olmaz. Qarşıda hələ daha bir 90 dəqiqə var.

- Püşkün bu dəfə “Qarabağ”ın üzünə güldüyünü söyləmək olar?

- Yox, bu fikirlə razı deyiləm. Çempionlar Liqasında zəif rəqib yoxdu. Çünki turnirdə hər ölkənin çempionu mübarizə aparır. Komanda çempion olubsa, müəyyən gücə sahibdir. Hansısa rəqibi zəif görməyin bizə xeyri yoxdur. Mətbuatdan da bu məsələdə dəstək gözləyirəm. Rəqibə zəif demək motivasiya itkisindən başqa bir şey deyil.

- Amma “Zalsburq”, “Seltik”lə müqayisədə həm “Şerif”, həm də “Kukesi” “Qarabağ”ın dişinə görə rəqibdir...

- Bu ancaq bizi sevindirə bilər. Lakin “Şerif”, yaxud “Kukesi” rəqib olsa belə, bu, 100 faiz mərhələni keçəcəyik demək deyil.

- “Qarabağ”ın Nikaraqua millisinin kapitanı Xuan Barreranı transfer etmək istəyi ilə bağlı xəbər nə dərəcədə realdır?

- Hazırda təzə danışıq apardığımız futbolçu yoxdur. Nikaraqualı futbolçu isə maraq dairəmizdə deyil.

- Yeni transferləriniz bu gün start heyətində yer almışdılar. Onların çıxışından razı qaldınız?

- Bu məsələdə əsas söz Qurban müəllimdədir. Məncə, o da razı qalar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail