Qara Qarayev: "Ciddi və diqqətli olacağımız bir mərhələyə keçirik" - MÜSAHİBƏ

19.07.2017 | 3500 dəfə oxunub

Çempionlar Liqasının III təsnifat mərhələsində "Samtredia" - "Qarabağ" matçından (1:0) sonra Ağdam klubunun yarımmüdafiəçisi Qara Qarayev jurnalistlərin suallarını cavablandırıb:  

- "Səfərdə ağır olacağını bilirdik. Qalib gəlmək istəyirdik. Reytinq üçün önəmli idi. Danışılası çox şey yoxdur. “Samtredia”dan çox şeyi örnək götürdüm. Onların aqressiyası və məğlub olmaq istəməmələri futbol adına gözəl idi. Azərbaycan xalqını və “Qarabağ” azarkeşlərini təbrik edirəm"
 
- “Samtredia”nı asan şəkildə keçmək III mərhələdə sizi arxayın etməyəcək?
- Öz adımdan danışacam. Ciddi və diqqətli olacağımız bir mərhələyə keçirik. Hər addımımız bizi böyük uğurlara apara bilər. Mən şəxsən növbəti oyuna başdan başlamış kimi baxacam. Bütün futbolçulara bunu tövsiyə edirəm.
 
- Neçə ildir ki, avrokuboklarda oynayırsan. III mərhələdəki potensial rəqibiniz məlum olduqdan sonra düşünmədin ki, asan rəqib düşüb?
- Mənim düşüncəm qarmaqarışıqdır. Bəzi insanların ola bilər ki, “Sherif” və “Kukesi” haqda az məlumata malik olsun. Potensial rəqiblərimizi bizdən zəif hesab edirlər. Ancaq mən belə fikirləşmirəm. Biz də əvvəlki illərdə özümüzdən güclü görünən “Twente” kimi klubları məğlub edib qrupa düşmüşük. “Sherif” – “Kukesi” cütünün qalibi ilə qarşılaşmalar bizim üçün ən çətin oyunlardan biri olacaq. Çünki hamı bizi üstün görür.
 
- İkinci hissədə müdafiədə boşluqlar oldu...
- Həqiqətən də boşluqlar oldu. Normaldı, rəqib öz meydanında oynayırdı. Təzyiq edirlər ki, qol vəziyyəti yaratsınlar. Şükürlər olsun ki, qalib gəldik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail