Namiq Məstanov: "Turan" rəhbərliyi azarkeşləri qabağa verirsə, səhv edir"

05.12.2011 | 5393 dəfə oxunub

AFFA nümayəndəsi, "Turan"ın sabiq prezidenti Namiq Məstanovun müsahibəsi

 - Vaxtilə "Turan"ın prezidenti olmusunuz. Komandanın bugünkü vəziyyətinə münasibətinizi bilmək istərdik.

- Sponsorun verdiyi müsahibələrdən də görünür ki, komandada maliyyə böhranı hökm sürür. Komandanın zəif çıxışını və futbolçuların da klubdan imtina etməsini də bununla əlaqələndirirəm. Ancaq dünən Tovuzda baş verən qalmaqal, oyundan sonra hakimlərin döyülməsi maliyyə problemi ilə bağlı deyil. Sadəcə burada söhbət qeyri-peşəkarlıqdan gedir. Ən azından rəhbərlik bilməlidi ki, belə şeylərə görə klub cəzalana bilər. Şəxsən mən öz adımdan bu hərəkəti pisləyirəm. Təbii ki, aldığımız məlumatlardan da aydın olur ki, həmin adamlar klubun mühafizəçiləri olub. Fiziki təzyiqə məruz qalan hakimlər də bunu sübut ediblər. Onlar bildiriblər ki, həmin adamlar yeməkxanada da onlarla birlikdə olublar, oyunu stadiondan canlı izləyiblər. Belə bir halla üzləşmək mənim üçün də gözlənilməz oldu. Bu, rəhbərliyin qeyri-peşəkarlığından irəli əlir.

 - Ancaq klub rəhbərliyi hadisəni azarkeşlərin üstünə atır.

- Bizdə olan məlumata görə, həmin adamlar artıq həbs olunublar. İstintaq gedir, cinayət işi açılıb. Orada həmin adamların kimliyi, klubla hər hansı bağlılığı, azarkeş olub-olmamağı müəyyənləşəcək. Ancaq burada bir məqam var. Azarkeş haradan bilir ki, hakimlər otağı haradadı və oraya necə girmək olar. Deməli kimlərsə onlara kömək edib. Bugünkü iclasda da həmin hakimlər otaqda azarkeşlərin olduğunu demədilər.

 - Sizcə, rəhbərlik azarkeşləri qabağa verməklə, məsuliyyəti öz üzərindən kənara atmırmı?

- Əgər onlar bu fikirdədilərsə, yəni azarkeşləri qabağa verirlərsə, çox böyük səhv edirlər. Çünki azarkeşlər komandanın əsas hissələrindən biridir. Onlar futbolçuların oyunlarının alıcısıdı. Əgər belə bir şey fikirləşirlərsə, səhv edirlər. Çünki tovuzlu azarkeşlər bunu bağışlamayacaqlar. Orada hamı futbolu da, gedən prosesləri də, kimlərin nə hoqqalardan çıxdığını da çox yaxşı bilir. Düzdü, Tovuzda hakimlər, futbolçular təzyiqlə üzləşiblər. Ancaq bunlar olub Fuad Musayevin dövründə. Rəhmətlik Ramiz Mirzəyevdən bu yana belə hallar baş vermir.

 - Yəqin ki, bu cür hadisələr "Turan"ın imicinə zərbə vuracaq.

- Təbii ki, son zamanlar baş verən hadisələr "Turan"ın imicinə zərbədi.

 - Amma Musa müəllimə klubun maliyyə vəziyyəti ilə bağlı sual verəndə daha çox başqalarını günahlandırır ki, ona maliyyə dəstəyi söz verənlər vədlərinə əməl etmirlər.

 - Mən deyə bilmərəm ki, Musa Süleymanov kimə müraciət edib və ya ona kimlər nə söz veriblər. Bunu ancaq Süleymanovun müraciət etdiyi adam bilə bilər. Ancaq mən bir tovuzlu olaraq, imkanım daxilində komandaya nəsə kömək edə bilərəm. Bu vaxta qədər əlimdən gələni etmişəm, bundan sonra da etməyə hazıram.

 - Sizə də elə gəlmirmi ki, bu hadisələr "Turan"ı uçuruma aparır?

- Təbii ki, aparır. Mənim vaxtımda da "Turan"da maliyyə problemi var idi. Mən də həmin vaxt bir çox adamlara, şəxsən Musa nüəllimə müraciət eləmişdim. Ancaq o imtina etmişdi. Sizin sayt vasitəsilə kömək edənlərə də, etməyənlərə də minnətdarlığımı bildirirəm. Mən razıyam, ola bilər Musa müəllim də müraciət eləsin kimlərəsə, ancaq heç nə alınmasın. Ancaq mən "Turan"da işləməyə-işləməyə komandaya kömək etmişəm. Milyardlarım olmasa da, bacardığım qədər kluba kömək etməyə hazıram.

- Namiq Məstanov bu vəziyyətdən çıxış yolunu nədə görür?

- Vəziyyətdən çıxış yolunu Musa Süleymanov özü daha yaxşı bilər. Əgər imkanı yoxdusa, onda futbolumuzun başbilənləri hər hansı addım atmalıdılar. Çünki Tovuz futboluna biganə qalmaq olmaz. Mənim əlimdə elə bir imkan yoxdu ki, problemi həll edim. Aidiyyatı qurumlar "Turan"ı bu vəziyyətdən çıxarmalıdılar. Bu vəziyyəti Tovuz futboluna yaraşdırmıram.

premyerliqa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail