Cüneyt Biçər «Nə qədər «Xəzər Lənkəran»ın içərisində olsaq da, komandanın kənarındayıq» - MÜSAHİBƏ

06.12.2011 | 6480 dəfə oxunub

«Xəzər Lənkəran» klubunun yeni baş məşqçisi Cüneyt Biçərin Stadium.az saytına müsahibəsi:

rnrn

- Salam Cüneyt bəy. Əvvəlcə yeni iş münasibətiylə sizi təbrik edirik

rnrn

- Allah razı olsun, diqqətə görə təşəkkürümü bildirirəm.

rnrn

- «Xəzər Lənkəran»ın baş məşqçisi təyin olunduz. İlk təsuratlarınız necədir?

rnrn

- «Xəzər Lənkəran» içində olduğumuz bir komandadır. Bura kənardan gələn birisi deyiləm. Bir təklif gəldi rəhbərlikdən, oturub söhbət edib razılaşdıq. Yəni qeyri adi nəysə yoxdu. Oturub işləməli, uğur qazanmalıyıq.

rnrn

- Klub rəhbərliyi ilə danışmısız artıq. Qarşınıza hansı məqsədləri qoydular?

rnrn

- Sahib olduğumuz komandanın hədəfləri zatən ortadadır. «Xəzər Lənkəran» fərqli hədəfləri yoxdur. Əvvəlcə ölkə daxilində hər iki cəbhədə mübarizə aparıb qalib olmalıyıq. Yəni komandanın hədəfləri məlum idi, biz də bu yolla irəliləməliyik.

rnrn

- Komandada hansı çatışmazlıqları görürsüz?

rnrn

- Xüsusi üzərində dayanacağım bir məsələ yoxdur. Nə qədər «Xəzər Lənkəran»ın içərisində olsaq da, komandanın kənarındayıq. Komanda il bundan sonra tanış olacağıq. Əlimizdən gələni edib uğur qazanmalıyıq.

rnrn

- «Xəzər Lənkəran» «Neftçi»yə 0:5 uduzandan sonra bir düşüş yaşayır. Bunu aradan qaldırmaq üçün hansısa planınız varmı artıq?

rnrn

- Özəl bir şey yoxdur. Komanda bu vaxta qədər 28 xal toplayıb liderdən sadəcə 3 xal geri qalırsa, gücü ortadıdır. Daha çox çalışıb, nəticəsini əldə etməliyik. Qarşımızda duran əsas vəzifə budur. Məncə komanda özünə inansa, futbolçular bacardığı oyunu ortaya qoya bilsə, hər şey istədiyimiz kimi olacaq.

rnrn

- Bu futbolçulara hazırkı komandayla  hədəflərinizə çata biləcəksiz?

rnrn

- Bu barədə danışmağım doğru olmaz. Bu barədə danışmağın zamanı və yeri deyil məncə. Çünki hələ tezdir. Hələ məşqə çıxmadan bu barədə danışmağı doğru saymıram.

rnrn

- Komandaya özünüzlə işləməyə kimləri gətirəcəksiz?

rnrn

- Bu olacaq, amma hələ dəqiqləşməyib. Dəqiqləşmədiyindən, bir söz deməyim düzgün olmaz.

rnrn

- Qış fasiləsində komandaya yeni futbolçular cəlb etməyi düşünürsüzmü?

rnrn

- Bayaq da söylədim, indidən bu barədə danışmağıh düzgün olmaz. Hələ bir komanda ilə işlərə başlayaq, hər şeyi görək, sonra qərar verərik.


rnrn

Söhbətləşdi: Ümid BABA



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail